227 baxış
Bu yazını paylaşın
Dünya

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

31 Avqust 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 6 konfederasiyanın klub yarışlarında indiyədək ən çox qol vurmuş futbolçuları açıqlayıb.

“TELEJURNAL.AZ” IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Kriştianu Ronaldu UEFA turnirlərində 143 qola imza atıb.

37 yaşlı portuqaliyalı hücumçu digər konfederasiyalardakı rekordçulardan xeyli irəlidədir.

Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) ekvadorlu Alberto Spenser klub turnirlərində 58 dəfə fərqlənməyə müvəffəq olub. 2006-cı ildə 68 yaşında ikən vəfat etmiş keşmiş oyunçunun rekordu 50 ildir əlçatmaz qalıb.

Afrika Futbol Konfederasiyasında (CAF) Konqo Demokratik Respublikasından olan Trezor Mputu 56, Asiya Futbol Konfederasiyasında (AFC) monteneqrolu Deyan Damyanoviç 43 qol, Okeaniya Futbol Konfederasiyasında Solomon adalarından olan Benjamin Totori 28, Şimali və Mərkəzi Amerika Karib hövzəsi zonasında (CONCACAF) meksikalı Xavyer Orosko 24 qolla rekordçudur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…