100 baxış
Bu yazını paylaşın
Dünya

Kolumbiyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

08 Avqust 2022

Kolumbiyanın yeni prezidenti Qustavo Petro vəzifəsinin icrasına başlayıb.

TELEJURNAL xarici KİV-ə istinadla xəbər verir ki, yeni prezident ölkəni bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizədə birləşdirməyi, solçu üsyançılar və cinayətkar dəstələrlə sülhün əldə olunmasını vəd edib.

“Mən iki cəmiyyət istəmədiyim kimi, iki ölkə də istəmirəm. Güclü, ədalətli və vahid Kolumbiya istəyirəm. Bir millət olaraq qarşılaşdığımız çətinliklər və sınaqlar birlik və əsas ümumi razılıq dövrü tələb edir”, – deyə Q.Petro andiçmə mərasimində çıxışında bildirib.

Qeyd edək ki, bu il iyunun 19-da Kolumbiya solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib. 50,69 faiz səslə Q.Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…