84 baxış
Bu yazını paylaşın
Dünya

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi

01 Oktyabr 2020

Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.

Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…