111 baxış
Bu yazını paylaşın
İqtisadi

KOBİA-nın dəstək və xidmətləri ilə bağlı “INNOLAND”də təqdimat keçirilib

20 Dekabr 2021

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları üçün təqdimat təşkil olunub.

‘TELEJURNAL’ KOBİA-dan AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov, agentliyin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və digər şəxslər iştirak ediblər.

Təqdimat zamanı KOBİA-nın Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov və departamentin əməkdaşı Hümbət Abdullayev mikro və kiçik sahibkarlara verilən və onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi barədə ətraflı məlumat veriblər. Startaplar KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması mexanizmi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi barədə də məlumatlandırılıb, iştirakçılar agentliyin dəstək və xidmətlərindən aktiv istifadəyə dəvət olunublar.

Tədbirdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

https://azertag.az/xeber/KOBIA_nin_destek_ve_xidmetleri_ile_bagli_INNOLANDde_teqdimat_kechirilib-1956242

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…