283 baxış
Bu yazını paylaşın
İqtisadi

KOBİA-da “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub.

23 Noyabr 2021

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Elçin Mirzəzadə ilə mentorluq proqramı çərçivəsində görüşüb.

‘TELEJURNAL’ xəbər verir ki, Agentlikdən AZƏRTAC-a bildirilən məlumata əsasən, görüşdə KOBİA sədri mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağını, bu əməkdaşlığın qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, mentorluq proqramı çərçivəsində müsabiqə qaliblərinin qazanacaqları təcrübə çalışacaqları sahələr üçün də əhəmiyyətli olacaq.

E.Mirzəzadə yeni bacarıqlara yiyələnmək istədiyini və bu baxımdan mentorluq proqramının səmərəli olacağını bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov da daxildir. Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

https://azertag.az/xeber/KOBIA_da_Yukselis_musabiqesinin_qalibi_ile_gorus_olub-1933222

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…