69 baxış
Bu yazını paylaşın
Dünya

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

26 Dekabr 2022

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtarıb”.

TELEJURNAL-ın məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsüm komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirərkən deyib.

O, “Sürix”in ÇL-in II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) yenilərək, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsini dəyərləndirib. Kanepa buna görə bir növ sevindiyini etiraf edib: “Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bavariya”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.

Qeyd edək ki, “Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…