47 baxış
Bu yazını paylaşın
Uncategorized

Kiyevdə keçirilən Avropa çempionatında gənc bədii gimnastların çıxışına yekun vurulub

29 Noyabr 2020

Azərbaycanın iki gimnastı Avropa Çempionatının finalına yüksəlib

Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər 4 alət üzrə finalda mübarizə aparan gimnastlarımızdan ən yaxşı nəticəni Nərmin Bayramova göstərib. O lentlə icra etdiyi proqrama görə dördüncü olub. İplə çıxışına görə təmsilçimiz altıncı yerdə qərarlaşıb.

Top və gürzlərlə final mərhələsində çıxış edən Alina Gözəlova isə hər iki alət üzrə yekun sıralamada beşinci yeri tutub.

Çempionatın sonuncu günündə – noyabrın 29-da milli komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan komandası çoxnövçülükdə gümüş, komanda hesabında və 3 halqa və 2 cüt gürz ilə yarışlarda bürünc medal əldə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…