24 baxış
Bu yazını paylaşın
Siyasi

Kiyevdə azərbaycanlı döyüşçünün həlak olmasının təfərrüatı məlum olub

08 Aprel 2022

Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı azərbaycanlı Elnur Həsənov (“Alik”) həlak olub.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu barədə “Karpat Seçi” könüllü dəstəsinin feysbuk səhifəsində məlumat yayılıb.

1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.

Həmyerlimiz Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb. Dəstənin rəsmi səhifəsində onun sözləri də qeyd olunub: “Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə mən onları qorumalıyam. Şər hansı ölkədədirsə, hər bir insan özünü o pislikdən qorumalıdır”.

E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı “Karpaet Seçi”nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.

“Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, – səhifə əlavə edib.

Qeyd edək ki, E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…