33 baxış
Bu yazını paylaşın
Dünya

KİV”: “Ukrayna ordusu əks-hücumun ikinci dalğasına hazırlaşır”

24 İyul 2023

Ukrayna ordusu əks-hücumun ikinci dalğasına hazırlaşır.

Telejurnal  xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzeti yazıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Aspene şəhərində təhlükəsizlik məsələləri üzrə forumdakı çıxışında Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər ehtiyatla hücuma keçdiyini etiraf edib: “Ancaq indi əks-hücumların sürətinin arta biləcəyi an yaxınlaşır”.

ABŞ dövlət katibi Antoni Blinken də bu yaxınlarda oxşar bəyanatla çıxış edərək, Ukrayna ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışmağın tez olduğunu vurğulamışdı.

Bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Sergey Baranov bildirib ki, Rusiya ordusunun itkilərinin təxminən 90 faizi Ukraynanın raket və artilleriya bölmələrinin payına düşür. O, yaradılan zərbə qruplarını Qərbin uzaqmənzilli silahlarını “odlu yumruq” adlandırıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri hesab ediblər ki, bu hücumlar Rusiya qoşunlarını uğurla məhv edir, ukraynalılar yeni hücuma hazırlaşır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…