24 baxış
Bu yazını paylaşın
Dünya

KİV: Taxıl dəhlizi müvafiq sənəd imzalandıqdan sonra fəaliyyətə başlayacaq.

15 İyul 2022

Qara dəniz vasitəsilə taxıl və kənd təsərrüfatı məhsullarının daşınması üçün yaradılacaq dəhliz gələn həftə Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən müvafiq sənədin imzalanmasından sonra fəaliyyətə başlayacaq.

Bu məsələ ilə bağlı iyulun 13-də İstanbulda keçirilən dördtərəfli danışıqlarda Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri, həmçinin BMT nümayəndələri iştirak edib. Türkiyənin müdafiə naziri Hulusi Akar görüşdən sonra taxıl dəhlizinə dair yekun sənədin gələn həftə imzalana biləcəyini deyib.

 TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, İstanbulda BMT-nin nəzdində yaradılacaq koordinasiya mərkəzinin fəaliyyəti ilə bağlı təfərrüatlar gələn həftə, “dördlüyün” görüşü zamanı məlum olacaq. “Texniki razılaşmaya” əsasən, taxıl dəhlizinin keçid prosesi BMT tərəfindən koordinasiya ediləcək. Taxıl ixracının planlaşdırıldığı limanlarda üç ölkənin nümayəndələri fəaliyyət göstərəcək. Onlar gəmilərin Ukrayna limanlarından İstanbul limanlarına qədər daşıma prosesinə nəzarət edəcəklər.

Qəzetin məlumatına görə, İstanbulda keçirilən görüşdə, həmçinin Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılaşma əldə olunub. Bu işlə məşğul olacaq Ukrayna taxıl daşıyan gəmilərin marşrutunu da müəyyən edəcək.

Türkiyə, Ukrayna, Rusiya hərbi nümayəndə heyətlərinin və BMT nümayəndələrinin taxıl dəhlizinin yaradılması üzrə növbəti görüşü iyulun 20-21-də baş tuta bilər. Hazırda tərəflər imzalanması planlaşdırılan sənədin detalları üzərində işləyirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…