25 baxış
Bu yazını paylaşın
Dünya

KİV: Sunak Consonun qarşıdan gələn seçkilərdə parlamentə qayıtmasına icazə verməyəcək

13 İyun 2023

Böyük Britaniyanın baş naziri Rişi Sunak keçmiş baş nazir Boris Consonu qarşıdan gələn seçkilərdə parlamentə namizəd olmaq imkanından məhrum edəcək.

Telejurnal  xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Guardian” qəzeti məlumat yayıb.

Hakim Mühafizəkarlar Partiyasının yüksək vəzifəli nümayəndəsi nəşrə deyib: “Mən onun bu və ya gələn il parlamentə namizəd olacağı vəziyyəti təsəvvür edə bilmirəm”.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, COVID-19 dövründə baş nazirin ofisində keçirilən partiyalarla bağlı xəbərin üzə çıxmasından sonra parlamentdəki vəzifəsindən istefa verib. O, qərarını koronavirusla bağlı məhdudiyyətləri pozduğuna əsaslanaraq aparılan istintaq hesabatı açıqlanmazdan əvvəl söyləyib.

Conson verdiyi yazılı açıqlamada istefaya məcbur edildiyini iddia edib və buna görə istintaq komitəsini günahlandırıb. O, Brexit üçün ondan qisas almağa çalışdıqlarını iddia edib.

Consonla Sunak arasında münaqişə həm də onunla mürəkkəbləşib ki, indiki Baş nazir onun təklifi ilə sələfinin ən yaxın adamlarının Britaniya parlamentinin Lordlar Palatasında yer almasına icazə verməyib.

“Niyə o, Rişi Sunakın imzalayacağı namizədlər siyahısında yer alsın? Mənə tam aydındır ki, bu baş verməyəcək. Deputatların böyük əksəriyyəti bu fikirdədir”, – başqa bir mənbə The Guardian-a bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…