24 baxış
Bu yazını paylaşın
İdman

KİV: Ronaldu “Əl-Nəsr”dən ayrılmaq istəyir

23 May 2023

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılmaq istəyir.

Telejurnal “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl pozmaq niyyətindədir.

Nəşrin müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldunu qane etmir. Yaxın ətrafı onun Avropaya qayıtması üçün çalışır.

Təcrübəli forvard üzrlü səbəb olmadan “Əl-Nəsr”i tərk etmək qərarına gəlsə, FIFA qaydalarına əsasən, qalan iki illik sözləşmə üçün təzminat ödəməli olacaq. Bundan əlavə, oyunçuya sanksiya da nəzərdə tutulacaq.

Qeyd edək ki, Ronaldu ilin əvvəlindən “Əl-Nəsr”in formasını geyinir. O, yerli çempionatda 14 matça çıxıb və 13 qola imza atıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…