24 baxış
Bu yazını paylaşın
Dünya

KİV: NATO Baş katibinin səlahiyyətlərinin uzadılması ilə bağlı qərar gələn həftə veriləcək

29 İyun 2023

NATO-nun Baş katibi Yens Stoltenberq daha bir il alyansın rəhbəri vəzifəsində qalacaq, qərar gələn həftə rəsmiləşdiriləcək.

Telejurnalın məlumatına görə, bu barədə mənbələrə istinadən “Politico” qəzeti məlumat yayıb.

ABŞ rəsmisi nəşrə deyib ki, Stoltenberqin səlahiyyət müddətinin uzadılması artıq qərar verilmiş məsələdir. Qəzet yazıb ki, Qərbi Avropadan olan yüksək səviyyəli diplomat da bunu təsdiqləyib və əlavə edib ki, hər şey gələn həftə yekunlaşacaq.

Bundan əvvəl “The Times” qəzeti NATO-nun iyulun 11-də Vilnüsdə keçiriləcək sammiti ərəfəsində alyans ölkələrinin yeni baş katibin namizədliyi ilə bağlı razılığa gələ bilməyəcəyini, bununla əlaqədar Stoltenberqin səlahiyyət müddətinin yeni uzadılmasının gözlənildiyini yazıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…