22 baxış
Bu yazını paylaşın
Dünya

KİV: “İranın vitse-prezidenti istefa verib”

13 Sentyabr 2022

İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari istefa verib.

“TELEJURNAL.AZ” xəbər verir ki, məlumatı İran KİV yayıb.

Rəsmi mənbələr isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Beləliklə, onun istefasının səbəbi açıqlanmayıb. Bununla yanaşı, bəzi mənbələrdə Sorena Səttarinin Albaniyanın infrastrukturlarına kiberhücumla əlaqəsinin ola biləcəyi iddia olunur.

Xatırladaq ki, rəsmi Tirana Tehranı Albaniyanın milli informasiya infrastrukturuna kiberhücumda ittiham edib. Bundan sonra Albaniya İranla diplomatik əlaqələri kəsib.

Qeyd edək ki, S.Səttari 1972-ci ildə İranın Tehran bölgəsində anadan olub. O, 1992-ci ildə İran Prezidentinin elm üzrə dəftərxana müdirinin müavini vəzifəsində çalışıb. S.Səttari İranın keçmiş prezidenti Həsən Ruhaninin və indiki hökumət başçısı İbrahim Rəisinin kabinetində vitse-prezident vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, İranın müxtəlif sahələr üzrə 5 vitse-prezidenti var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…