60 baxış
Bu yazını paylaşın
Dünya

KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

13 Noyabr 2020
KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

Donald Tramp

ABŞ prezidenti Donald Tramp bütövlüklə 3 noyabr seçkilərinin nəticələrini ləğv etdirməyə başı qarışdığından birbaşa vəzifə səlahiyyətlərinə səhlənkarlıq göstərməyə başlayıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, koronavirusun səbəb olduğu böhran şəraitində belə ölkə başçısı yalnız öz siyasi məsələlərilə məşğul olur, nə özü, nə də köməkçiləri jurnalistlərə məlumat verirlər, ölkədə və xaricdə baş verənlərə də şərh vermirlər.

Seçkilərdə Co Baydenin qələbə çaldığı açıqlanandan bu yana D.Tramp cəmi iki dəfə jurnalistlərlə görüşüb, hər dəfə də seçki saxtakarlığından danışıb. 11 noyabr Veteranlar Günü münasibətilə Arlinqton qəbiristanlığında naməlum əsgərin abidəsini ziyarət edən prezident seçkilərdən sonra ictimaiyyətə ilk və son dəfə göründü.

Lakin Ağ Evin mətbuat katibinin müavini Cadd Der verdiyi açıqlamada prezidentin ölkə idarəçiliyindən əl çəkməsinə dair hər cür ehtimalların düzgün olmadığını, dürüst və ədalətli seçki uğrunda mübarizəsini vəzifə borcu ilə birləşdirdiyini vurğulayıb.

Xatırladaq ki, seçkilərdə Demokrat Partiyasının namizədi Co Bayden qələbə çaldığını açıqlasa da, hazırkı prezident D.Tramp bununla razılaşmayaraq səslərin hesablanması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…