33 baxış
Bu yazını paylaşın
Dünya

KİV: Azərbaycandan Avropaya təbii qaz ixracı rekord həddə çatıb.

29 İyul 2022

Avropa İtiifaqı (Aİ) ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon m3-ə yüksəlib.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bu barədə “EADaily” portalı yazıb. Portal iddia edib ki, iyulda 36 milyon m3-lik köhnə rekord qırılıb.

Qeyd edilir ki, qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13,5 milyard m3-ə çatacaq.

Ekspertlər bildiriblər ki, bu həcm kifayət qədər böyükdür, lakin “Qazprom”un ixracı azaltması nəticəsində yaranan boşluğu doldurmaq üçün kifayət deyil.

Portal vurğulayıb ki, “Qazprom”un təbii qaz nəqlini 40 faiz azaltması nəticəsində hər min m3 qazın qiyməti 2 min 300 ABŞ dollarını keçib.

Avropa İttifaqı rəsmiləri qarşıdakı 5 ildə Xəzər dənizindən hasil edilən təbii qazın tədarükünü hər il 20 milyard m3-ə çatdırmağı hədəfləyirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…