33 baxış
Bu yazını paylaşın
Siyasi

KİV: Avropa raketdən müdafiə sistemlərinin təkmilləşdirilməsinə milyardlar xərcləyir

18 İyun 2023

Ukraynada raket silahlarının və pilotsuz uçuş aparatlarının geniş tətbiqi Avropa İttifaqı ölkələrini raketdən və hava hücumundan müdafiəni təkmilləşdirmək üçün milyardlarla avro ayırmağa məcbur edib.

Telejurnal  xəbər verir ki, bu barədə “South China Morning Post” qəzetində dərc olunan məqalədə deyilir.

Qəzet qeyd edib ki, Soyuq Müharibə başa çatdıqdan sonra bir çox Avropa ölkələri raket və zenit sistemlərinə qənaət etməyə başladı. Fransa doqquz zenit-raket alayının cəmi birini saxladı.

“Bununla belə, Ukrayna böhranı zenit-raket komplekslərinin, eləcə də raket əleyhinə sistemlərin istehsalı üçün imkanların kəskin çatışmazlığını ortaya qoydu. Almaniya bu məqsədlə silahlı qüvvələrin müvafiq elementlərini gücləndirmək üçün 100 milyard avro, Fransa isə 2030-cu ilə qədər bu məqsədlər üçün eyni məbləği ayırmaq niyyətindədir.

Avropanın aparıcı raket sistemləri istehsalçısı olan MBDA son aylarda Fransa və İtaliya ilə 700 “Aster” zenit raketi üçün 2 milyard avroluq müqavilə imzalayıb. Polşa 44 buraxılış qurğusu və onlar üçün yüzlərlə raket üçün 2,2 milyard avro xərcləyəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…