44 baxış
Bu yazını paylaşın
Dünya

KİV: ABŞ-da prezident seçkisində 288 min bülleten itib

02 Dekabr 2020
KİV: ABŞ-da prezident seçkisində 288 min bülleten itib

ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkisi üçün hazırlanmış 288 min bülleten məntəqlərə təslim edildikdən sonra yoxa çıxıb, daha 100 min bülletenin üzərində isə keçmiş tarix olub.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, bu barədə “Washington Examiner” jurnalı bir sıra mənbələrə istinad edərək məlumat verib.

Poçt Xidmətinin subpodratçısının sürücüsü Cessi Morqan oktyabrın 21-də Nyu-Yorkdan Pensilvaniyaya 144 mindən 288 minədək doldurulmuş bülleten apardığını, ancaq təyinat nöqtəsində yük maşınının itdiyini iddia edir. Başqa bir əməkdaş noyabrın 4-də səhər saatlarında Viskonsin ştatında sayılması üçün fərqli tarixlə nömrələnmiş 100 mindən çox blankın olduğunu bildirib. Bundan əlavə, məqalədə deyilir ki, Miçiqan və Pensilvaniyada respublikaçı Donald Trampın səsləri “Çatdırılmamış iş poçtu” etiketli qutulara yerləşdirildiyi halda, demokrat Cozef Baydenin bülletenləri vaxtında çatdırılıb.

Nəşr həmçinin səslərin sayılması ilə bağlı maşınların işində pozuntular olduğunu da yazıb.

Ölkənin ədliyyə naziri, baş prokuror Uilyam Barr çərşənbə axşamı “Associated Press”ə müsahibəsində rəhbərlik etdiyi qurumun və ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) səsvermənin nəticələrini dəyişdirə biləcək genişmiqyaslı saxtakarlıqları hələ müəyyən etmədiklərini söyləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…