238 baxış
Bu yazını paylaşın
İctimai

Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir təşkil edilib

18 Mart 2023

Respublika Gənclər Kitabxanasın da  görkəmli dramaturq, şair, nasir Cəfər Cabbarlının anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir təşkil edilib.

TELEJURNAL  bildirir  ki, Cəfər Cabbarlı yaradıcılığının gənclər arasında təbliği və əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə Cəfər Cabbarlı adına ev-muzeyin əməkdaşları, gənclər təşkilatının fəalları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, bugünkü tədbirdə iştirakına görə dramaturqun ev-muzeyinin rəhbəri, Cəfər Cabbarlının nəvəsi Qəmər xanım Seyfəddinqızına təşəkkürünü bildirib. A.Cəfərov “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamında böyük sənətkarın “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq” kimi dəyərləndirildiyini, onun yaradıcılığının ideya-estetik əsasları və müasirliyi haqqında qiymətli mülahizələrin yer aldığını söyləyərək, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb. Heç şübhəsiz, Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, klassik ədəbi mühitdə yazıb-yaradan ədibin ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, qarşısına qoyduğu, bəzən həll edilməsi mümkünsüz görünən məqsədlərindən, amalından dönmədiyini bildirib.

Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın maariflənməsi, onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması, dünya mədəniyyəti və ədəbiyyatında layiqli mövqe qazanmasına əzmkarlıqla səy göstərdiyini bildirib. Muzeyin rəhbəri, həmçinin ədibin ailəsinin xatirələrini dilə gətirərək, Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı faktlar bölüşüb.

Qəmər xanım  çıxışında milli ruhlu, böyük sənətkar Cəfər Cabbarlının səhnə əsərləri, tariхi dramlarının onilliklər boyu böyük bir nəslin vətənpərvərlik məktəbi olduğunu və ötən yüzilliyin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin yaranması, həmçinin pеşəkar tеatrın inkişaf etməsi, yеni aktyor nəslinin yеtişməsində əhəmiyyətli rol oynayan “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və digər pyеslərin bu gün də aktuallıq kəsb etdiyini, görkəmli dramaturqun pyеslərinin nadir sənətkarlıq nümunələri olduğunu söyləyib.

Qəmər xanım ilə söhbətimiz əsnasında Cəfər Cabbarlı haqqında maraqlı faktlar əldə etmiş olduk.

Qəmər xanıma Nuru paşanın Cəfər Cabbarlıya vermiş olduğu hədiyyələrin tarixçəsi haqqında danışır.

Qəmər xanım həmin anları belə ifadə edir :  Bakı azad olunandan sonra, sentyabrın 15-i  İsmailiyyə də böyük qonaqlıq verilir.Cəfər Cabbarlı da həmin qonaqlığa dəvət olunur.Nuru paşa ilə tanış olurlar.Cəfər Cabbarlının türk tarixinə həsr etmiş olduğu əsərləri haqqında(Ədirnə fəthi, Trablis müharibəsi)  müzakirə baş tutur.

Daha sonra Nuru paşa ədibin evinə gəlir və ona hədiyyələr gətirir. Hədiyyələr isə yorğan,saat,asılqan və güzgü olub.

Qəmər xanım qeyd edir ki,saat o vaxtlar evlərindən asılı olub.Həmin bu saat Teatr muzeyində hələ də qorunur.

“GUYS” ictimai birliyinin  sədr müavini Mehin Vəliyeva çıxışında Cəfər Cabbarlı yaradıcılığında uzun müddət aparıcı xətt olan qadın azadlığı mövzusuna toxunaraq, bu istiqamətdə yazılan “Sevil”, “Almas” pyeslərinin, “Dilbər”, “Firuzə” hekayələrinin təhlilini aparıb.”Sevil” pyesi haqqında Cəfər Cabbarlı və Sona xanım arasında keçən maraqlı hekayəyə toxunaraq çıxışını bitirir.

İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilən, kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 120 illik yubileyi ilə əlaqədar çap edilən biblioqrafiya haqqında məlumat verib.

Digər tədbir iştirakçıları da öz çıxışları ilə tədbirdə fikir bildirdilər.

Tədbirdə iştirak edən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Fidan Həsənova Cəfər Cabbarlı haqqında müxtəlif dövrlərdə qələmə alınan xatirələr barədə danışıb və ədibin həyatı, yüksək məqsədlər uğrunda mübarizəsi, eləcə də qəfil ölümü ilə bağlı bir sıra maraqlı faktlar səsləndirib, digər tələbə Kamil Qürbətov Cabbarlının “Bən bir güldüm, açılmadan budağımdan dərdilər” şeirini söyləyib.

Sonda Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib.

Vəliyeva Mehin

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…