52 baxış
Bu yazını paylaşın
Dünya

Kissincer: Tehran və Ər-Riyad əlaqələri regionda strateji tarazlığı dəyişir

17 Mart 2023

 

“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmalara nail olması Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”.

TELEJURNAL  xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer cümə axşamı “The Washington Post”a verdiyi müsahibədə bildirib.

“Mən bunu Yaxın Şərqdəki strateji vəziyyətdə əhəmiyyətli dəyişiklik kimi görürəm”, – Amerika xarici siyasət idarəsinin keçmiş rəhbəri bildirib. “Çin son illərdə dünya nizamının yaradılmasında iştirak etməli olduğunu bəyan edib. İndi o, bu istiqamətdə mühüm addım atıb”, – deyə siyasətçi əlavə edib.

Keçmiş dövlət katibi qeyd edib ki, Çin Yaxın Şərqdə getdikcə daha mühüm rol oynayır. İsrail tərəfinin Tehrana qarşı gördüyü tədbirlərdən danışan Kissincer vurğulayıb ki, indi İrana təzyiq edən zaman Çinin maraqları mütləq nəzərə alınmalı olacaq.

Qeyd edək ki, Kissincer 1973-1977-ci illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb. 1969-1975-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi olub.

Kissincerdən müsahibədə alan “The Washington Post”un xarici siyasət üzrə köşə yazarı Devid İqnasisə öz müəllif yazısında bildirib ki, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmalar ABŞ-ın “artıq regionda əvəzolunmaz güc olmadığını” göstərir. Müəllifin fikrincə, bu, Yaxın Şərqdə “çoxqütblülüyün başlanğıcından xəbər verir”.

İqnasis məqalədəki mənbələrə istinadən yazır ki, mart ayında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Çin və Səudiyyə Ərəbistanı nümayəndələri ilə məsləhətləşmələr zamanı etiraf edib ki, Tehran Yəməndəki Ənsar Allah (Husi) qüvvələrini dəstəkləyir və bundan sonra onlara silah göndərməyi dayandırmağa razılaşıb. İran tərəfinin birbaşa himayəsində və ya nəzarətində olan qüvvələr Səudiyyə Ərəbistanına qarşı hücumlar təşkil etməyəcəyinə söz verib.

İran və Səudiyyə Ərəbistanı martın 10-da iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb və nəticədə üçtərəfli bəyanat qəbul edilib. Bildirilib ki, Tehran və Ər-Riyad suverenlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqdirlər, həmçinin ticarət, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığı bərpa etməyi planlaşdırırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…