40 baxış
Bu yazını paylaşın
Dünya

Kişida: Yaponiya Ukraynadakı vəziyyətlə bağlı Çinlə təmasdadır

27 Mart 2023

“Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə bağlı Çinlə fikir mübadiləsi aparır və Pekini əlaqədar məsələlərə məsuliyyətli yanaşmağa çağırır”.

 

TELEJURNAL  xəbər verir ki, bunu bazar ertəsi Yaponiyanın baş naziri Fumio Kişida Çinin əvvəllər təklif etdiyi siyasi nizamlanma planını şərh edərkən deyib.

“Biz Çinlə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparırıq və bu məsələyə məsuliyyətli yanaşmada israr etməyə davam edəcəyik”, – deyə o, parlamentdə çıxışı zamanı bildirib. Kisidanın sözlərinə görə, sülh danışıqlarına gəlincə, ilk növbədə Ukrayna tərəfinin fikrini nəzərə almaq lazımdır.

“Bildiyim qədər, Ukrayna prezidenti Vladimir Zelenski Çin planının bəzi məqamlarını başa düşdüyünü söyləyib, lakin razılaşmadığı məqamların olduğunu da qeyd edib. Xüsusilə, o, rus qoşunlarının oradan çıxarılmasının nəzərdə tutulmamasını yersiz hesab edir”, – Yaponiya baş naziri bildirib.

Fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı plan edib. O, atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan birtərəfli sanksiyalar tətbiq etmək və s. nəzərdə tutur. Plan ümumiyyətlə 12 bənddən ibarətdir.

Dərc olunmuş sənəddə Çin danışıqları “Ukrayna böhranının həllinin yeganə yolu” adlandırıb və bütün tərəfləri “bir-birinə doğru addım atmaqda”, eləcə də birbaşa dialoqun tez bir zamanda bərpasında Moskva və Kiyevi dəstəkləməyə çağırıb. Mətndə vurğulanır ki, beynəlxalq ictimaiyyət danışıqların bərpası üçün şərait yaratmalı və platforma təqdim etməlidir.

Qeyd edək ki, Ukrayna və Qərb siyasi ekispertlləri sənədin daha çox Rusiyanın xeyrinə olduğunu qeyd ediblər.

Yaponiyanın baş naziri martın 21-də Kiyevə səfər edib və burada Zelenski ilə görüşüb. Səfər informasiya təhlükəsizliyi tədbirlərinə uyğun olaraq hazırlanıb, Tokio bu barədə açıqlama verməyib. Bu, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri Yaponiya baş nazirinin Ukraynaya ilk səfəridir. O, Yeddilik Qrupunun Ukraynaya səfər etməmiş sonuncu liderləri idi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…