18 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023

Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir.

TELEJURNAL  xəbər verir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Vidadan sonra mərhum “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyir.

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

O, avqustun 1-də vəfat edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

31 İyul 2023
Avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək. Bu…