26 baxış
Bu yazını paylaşın
Dünya

Kim Çen In: Şimali Koreya ABŞ-la istənilən hərbi toqquşmaya hazırdır

28 İyul 2022

Şimali Koreya Birləşmiş Ştatlarla istənilən hərbi toqquşmaya tam hazırdır.

TELEJURNAL. az AZƏRTAC -a istinadla xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In Koreya müharibəsinin (1950-1953) başa çatmasının ildönümü münasibətilə çıxışında bildirib.

“ABŞ bizim bütün gündəlik fəaliyyətimizi səhvən təxribat və təhdid adlandırır, eyni zamanda, milli təhlükəsizliyimizi ciddi şəkildə təhdid edən genişmiqyaslı təlimlər keçirir. Bu, sözün əsl mənasında, KXDR və ABŞ arasında münasibətləri geri dönməz münaqişəyə sürükləyən qanqster davranışıdır”, – Kim Çen In belə deyib. Onun sözlərinə görə, KXDR silahlı qüvvələri istənilən böhrana reaksiya verməyə hazırdır.

Kim Çen In, həmçinin KXDR-ə hücum cəhdi olacağı təqdirdə Cənubi Koreya ordusunun məhv ediləcəyini deyib: “Əgər Cənubi Koreyada bizə hücum etməyi düşünürlərsə və müəyyən hərbi vasitələr və ya üsullarla bizim hərbi gücümüzü məhv edə biləcəklərinə inanırlarsa yanılırlar”.

Koreya müharibəsinin başa çatmasının ildönümü KXDR-də milli bayram kimi qeyd olunur. Koreya yarımadasında döyüşlər 1950-ci il iyunun 25-də başlayıb və 1953-cü il iyulun 27-də başa çatıb. Döyüşlərdə Cənubu ABŞ-ın başçılıq etdiyi 17 dövlətdən ibarət koalisiya, Şimalı isə Çin və Sovet İttifaqı dəstəkləyib.

Müharibə Şimali və Cənubi Koreya arasında demilitarizasiya zonasında yerləşən Phanmuncom sərhəd-keçid məntəqəsində atəşkəs sazişinin imzalanması ilə yekunlaşıb. Lakin iki ölkə arasında hələ də tamhüquqlu sülh müqaviləsi imzalanmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…