41 baxış
Bu yazını paylaşın
Dünya

Kim Çen In ağlayaraq xalqından üzr istədi

15 Oktyabr 2020

Şimali Koreya lideri Kim Çen In yaşadıqları çətinliklərə görə göz yaşları içərisində xalqdan üzr istəyib.

“telejurnal” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu anlar həftə sonu Şimali Koreyada Hakim İşçi Partiyasının 75-ci ildönümü münasibətilə təşkil olunmuş hərbi paradda yaşanıb.

Şimali Koreya lideri Kim Çen koronavirus epidemiyasının şiddətləndiyi qarışıq vaxtlarda ölkəyə rəhbərlik edə bilmədiyi üçün üzr istəyib:

 

 

“Xalqımız atamdan sonra bütün məsuliyyəti mənə verdi. Amma səylərim və səmimiyyətim xalqımızı həyatlarındakı sıxıntılardan xilas etməyə bəs etmədi. Xalqımız mənə güvəndi, göy qədər yüksək, dəniz qədər dərin bir ümid bəslədi. Ancaq mən onların ümidlərini kifayət qədər doğrulda bilmədim. Buna görə çox təəssüf edirəm”.

Kim çıxışının böyük bir hissəsini də “böyük çətinliklər”, “saysız bəlalar” və “görünməmiş fəlakətlər” haqqında danışaraq Şimali Koreya xalqının qeyri-adi əzablarına həsr edib.

 

 

Qeyd edək ki, koronavirus epidemiyası üzündən ölkənin ən böyük ticarət tərəfdaşı olan Çin ilə ticarəti xeyli azalıb. Pxenyan yanvar ayında Çin sərhədini bağlayıb.

Ölkədə rəsmi olaraq hətta bir koronavirus hadisəsinin də qeydə alınmadığı bildirilir. Mütəxəssislər isə bu iddianı etibarlı saymırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…