302 baxış
Bu yazını paylaşın
İqtisadi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar rayonunda yerləşən Masallı, Cəlilabad və Biləsuvar Regional KOB İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi.

28 Dekabr 2021

Təqdimat mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, KOBİM-in rəhbəri Emin Əliyev, KOBİA-nın əməkdaşları və sahibkarlar Regional İnkişaf Mərkəzinin binasına baxış keçirərək, burada yaradılan şəraitlə tanış olmuşlar. İştirakçılar Regional KOB İnkişaf Mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, regional mərkəzin fəaliyyətə başlaması regionda kiçik və orta biznesin inkişafında səmərəliliyinin artırılmasına, dövlətin sahibkarların rahat fəaliyyəti üçün yaradılmış mexanizmlərə çıxışının asanlaşdırılmasına xidmət edəcəkdir ki, bunun da nəticəsində bölgədə fəaliyyət göstərən sahibkarların ölkə iqtisadiyyatındakı rolunun daha da artmasına gətirib çıxaracaqdır.
Regional KOB İnkişaf Mərkəzində hər üç rayondan olan sahibkarlara Biznesin planlaşdırılması və inkişaf etdirilməsi, Marketinq, Satış, Biznes sahəsində qanunvericilik, Maliyyənin idarə olunması, İnsan resurslarının idarə edilməsi və digər istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcəkdir. Qeyd edək ki, KOB İnkişaf Mərkəzində göstərilən bütün xidmətlər ödənişsizdir.

Əlavə olaraq, bildirmək istərdik ki, 2021- ci il avqustundan Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən 99 təlim keçirilib. Bunlardan 55-i Biləsuvarda, 15-i Masallıda, 18-i Cəlilabadda və 11-i onlayn(zoom) platforması vasitəsilə həyata keçirilib. Bu təlimlərdə ümumi olaraq 1123 iştirakçı iştirak etmişdir ki, bunlardan 844 kişi, 279 qadın və 501-i gəncdir. Əlavə olaraq 559 saat məsləhət xidməti, 30 şəbəkələşmə və 4 KOB subyekti yaradılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…