38 baxış
Bu yazını paylaşın
Maraqlı

Kiçik büdcəylə necə əyləncəli vaxt keçirmək olar?

20 May 2023

Yaşadığımız həyat boyunca çalışdığımız, məşğul olduğumuz saatlardan dolayı asudə vaxtımız yalnız həftə sonlarımızda olur. Hər birimiz bu saatlarda həm dincəlmək, həm də asudə vaxtımızı səmərəli keçirmək istəyirik. Düşünürük ki, asudə vaxtımızın bir hissəsini şəxsi inkişafımıza , bir hissəsini də əyləncəli şeylərə həsr etməmiz daha məqsədə uyğun olar .
Bəs bunu necə etmək olar?
Həm inkişaf etməyinizə yardımcı olan, həm də sizi əyləndirəcək məşğuliyyətlər nələrdir deyə bilmək istəyirsinizsə,  oxumağa davam edin!

Kitabxanaya gedin!

Kitab oxumaq vaxtınızı səmərəli keçirmək üçün ən faydalı üsuldur. Kitab oxuyaraq müxtəlif dünyalara səyahət edə , ordakı həyatlarla tanış ola bilərsiz.
Bəs kitab oxumaq üçün hara üz tutmalısız?- Təbii ki, də Azərbaycan Milli Kitabxanasına!.
Mirzə Fətəli Axundzadə adına Azərbaycanın milli Kitabxanası Qafqazda və Avropada ən böyük kitabxanalardan biri olaraq bilinir. Kitabxana Azərbaycan Respublikası Xalq maarif komissarlığının 13 noyabr 1920-ci il tarixli fərmanına əsasən yaradılmış, 1923-cü ildən etibarən isə sürətlə inkişaf etməyə başlamışdır.
Kitabxana bazar günü xaric, hər gün səhər saat 10-dan axşam saat 20-ə dək fəaliyyət göstərir.
Siz orada istədiyiniz kitabi əldə edib oxuya və ya sakit atmosferdə dərslərinizə çalışa bilərsiniz!

Muzey ziyarəti

Bir ölkənin tarixini, mədəniyyətini daha dərindən öyrənməyin ən yaxşı yolu təbii ki, onun muzeylərini ziyarət etməkdir. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu, və öyrənildiyi elm, maarifləndirmə müəssəsidir. Burada saxlanılan hər bir eskponat xalqın çoxəsrlik tarixini, qədimliyini, millliyini özündə əks etdirir.
Azərbaycanda , paytaxt şəhər Bakıda bir çox muzeylər fəaliyyət göstərir.
Azərbaycan Milli İncəsənət muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev muzeyi- bunlardan bir neçəsidir. Siz bu muzeyləri ziyarət edərək həm Azərbaycan incəsənət nümunələri, həm də görkəmli şəxsləri haqqında məlumat əldə edə bilərsiz.Eyni zamanda muzeylərin təşkil etdiyi sərgilərdə iştirak edərək müxtəlif ölkələrin incəsənət nümunələrinə də tamaşa edə bilərsiz.

Workshoplara qoşulun

İçinizdəki yaradıcılıq həvəsinin oyanmasına icazə verin! Workshoplara qoşularaq həm istədiyiniz tabloları çəkə, həm də onları sata bilərsiz!Workshoplar vasitsəilə siz istədiyiniz cür rəsm əsərləri çəkə, keramika nümunələri yarada bilərsiz . Öz əl işinizin evinizi bəzəməsi sizcə də xoş fikir deyil mi?

Teatra gedin

Teatr- xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Xalq teatrının repertuarını kiçik tamaşalar təşkil edir.
Azərbaycanda da fəaliyyət göstərən müxtəlif teatrlar var- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və s.
Siz teatr tamaşalarına baxaraq həm əylənə, həm də müxtəlif yeni şeylər öyrənə bilərsiz!

Piknik edin

Havalar mülayimləşir, qapalı məkanlardan uzaqlaşıb təbiətdən həzz almaq vaxtıdır! Dostlarınla birliktə təbiət qoynunda istirahətin əsil zamanıdır. Artıq piknik üçün şəhərdən kənara çıxmağa ehtiyac yoxdur! Çünki şəhərin mərkəzində salınan və paytaxtımızın simasını gözəlləşdirən parklar bunun üçün ən münasib seçimdir.
Piknik çantanı hazırlamazdan öncə parkların siyahısına nəzər salin

Mərkəzi park
Böyükşov bulvarı
Nəbatat bağı
Çəmbərəkənd
Ziro eko parkı
Mərdəkan Denrasisi və daha çoxu!

 

Düşünürük ki, qeyd etdiklərimizi həyatınıza ən doğru şəkildə cəlb etsəz, həyatınız düşündüyünüzdən qat qat daha maraqlı olar.

Əkbərova Nigar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…