32 baxış
Bu yazını paylaşın
Siyasi

Kənd təsərrüfatı naziri Bərdə və Ağcabədidə fermerlərlə görüşüb

12 İyul 2023

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə və Ağcabədi rayonlarında təsərrüfatlara baş çəkib, yerli qurumların kollektivləri və fermerlərlə görüşüb.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir öncə Bərdə baramaqurutma müəssisəsinin fəaliyyəti ilə tanış olub, ilk dəfə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hibrid ipəkqurdu toxumlarının inkubasiyası, yaş barama istehsalı və tədarükü prosesinin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, bu il pilot layihə olaraq Bərdə və digər 6 rayon üzrə yaş barama tədarükünə özəl sektor cəlb olunub. İpəkqurdu toxumları yaş barama tədarük edəcək kümçülərin təsərrüfatlarında inkubasiya olunub, yem tədarükü, yaş baramanın təhvili, məhsulun qurudulması və saxlanılması prosesi xarici təcrübə əsasında təşkil edilib. Yaxın zamanlarda müəssisədə xammalın ilkin emalı prosesinə start veriləcək. Pilot layihənin nəticələri müzakirə olunduqdan sonra növbəti mövsümlərdə bu təcrübədən digər rayonlarda da istifadə olunması nəzərdə tutulur.

Nazir səfər çərçivəsində Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Regional Toxum Sertifikatlaşma Mərkəzinin, Regional Aqrokimya Laborarotiyasının fəaliyyəti ilə tanış olub.

Daha sonra Ağcabədi rayonuna səfər edən M.Məmmədov Qarabağ Atçılıq Kompleksinə, Ağcabədi Toxum Emalı Zavoduna baş çəkib. Qarabağ Atçılıq Kompleksində damazlıq-seleksiya işlərinin təşkili, atların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olan nazir öz tapşırıq və tövsiyələrini verib. Nazir həmçinin Ağcabədi Toxum Emalı Zavodunda toxumluq materialın qəbulu, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə maraqlanıb.

M.Məmmədov Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə baş çəkib, kollektivlə görüşüb, rayon üzrə yaş barama tədarükü, taxıl biçininin gedişi, yazlıq əkinlər, heyvandarlıq müəssisələrinin fəaliyyəti, payızlıq əkinlərin bəyanı prosesinə hazırlıq işləri barədə fikir mübadiləsi aparıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…