36 baxış
Bu yazını paylaşın
Siyasi

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib

21 Yanvar 2022

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunan ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən bildirir ki, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Qeyd edilib ki, burada hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.

https://azertag.az/xeber/Kelbecerde_yeni_herbi_obyektler_istifadeye_verilib_VIDEO-1981292

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…