23 baxış
Bu yazını paylaşın
Siyasi

Kəlbəcər sakinləri 30 ildən sonra ilk dəfə Ağdabana gedib, şəhidlərin məzarı ziyarət olunub

07 Aprel 2022

Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər.

Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub.

Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar.

Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kələbəcər rayonunda törətdikləri vəhşilikləri öz gözləri görüblər.

Qeyd edək ki, Ağdaban faciəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib. Həmin gün 130 evdən ibarət Ağdaban kəndi ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…