285 baxış
Bu yazını paylaşın
İctimai

Keçmiş klubu Ronalduya təklif göndərib

22 Avqust 2022

Portuqaliya “Sportinq”i hazırda İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən sabiq futbolçusu Kriştianu Ronaldunu geri qaytarmaq istəyir.

“TELEJURNAL.AZ” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 37 yaşlı hücumçuya rəsmi təklif göndərib. Lakin klubun maliyyə durumu hələlik təcrübəli forvardı transfer etməyə imkan vermir.

Bildirilib ki, “Sportinq” ən yaxşı halda, Ronaldunun azad agent olmasını gözləməlidir. Portuqaliyalı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 1997 – 2002-ci illərdə “Sportinq”in formasını geyinmiş Kriştianu Ronaldu 31 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra “Mançester Yunayted”ə keçən ulduz futbolçu İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da çıxış edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…