78 baxış
Bu yazını paylaşın
İqtisadi

Keçən ay Türkiyədən ən çox silah alan ölkə Azərbaycan oldu

12 Oktyabr 2020

Ötən ay Azərbaycan Türkiyədən 77 milyon 167 min dollar dəyərində müdafiə və aviasiya sənayesi avadanlıqları idxal edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) yaydığı məlumatlara görə, keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyənin ümumi ixracatı bu sentyabr 4.8 faiz, bu avqust isə 28.5 faiz artaraq cəmi 16 milyard 13 milyon dollar olub.

Sentyabra qədər müdafiə və aviasiya sənayesi ixracatı Türkiyənin ümumi ixracatının 1.4 faizini tutduğu halda, sentyabrda bu faiz 1.9 faizə yüksəldi.

Və bu sektor ötən ay ən çox ixracatı 77 milyon 167 min dollar dəyərində olmaqla, məhz Azərbaycana etdi.

Miqdarı baxımından sentyabr ayında Azərbaycana ən yüksək ixrac 76,7 milyon dollar ilə əvvəlki ilin eyni dövrü ilə müqayisədə həyata keçirilmişdir.

TİM məlumatlarına görə, sentyabr ayında (1-30 sentyabr) Türkiyənin ən çox müdafiə və aviasiya sənayesi ixracatı etdiyi ilk 10 ölkə və ixracat rəqəmləri belədir:

  1. Azərbaycan – $77.167.000
  2. Oman – $62.974.000
  3. ABŞ – $62.077.000
  4. Hindistan – $15.673.000
  5. Almaniya – $14.588.000
  6. Polşa – $10.193.000
  7. Tunis – $5.362.000
  8. Böyük Britaniya – $4.208.000
  9. İndoneziya – $3.002.000
  10. Pakistan – $2.965.000
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…