221 baxış
Bu yazını paylaşın
İqtisadi

Karaçidə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib

26 Yanvar 2022

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Nasser Hyatt Maggo, Karaçi Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd İdris, eləcə də Palataların idarə heyətlərinin üzvləri ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Pakistanın səmimi münasibətlərindən söhbət açan səfir Xəzər Fərhadov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. İqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayan Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinə toxunan X.Fərhadov yaradılacaq işçi qrupları barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırıb. İqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində son zamanlar aparılan işlər barədə danışan səfir iş adamlarının qarşılıqlı səfərlərinin vacib olduğunu ifadə edib.
X. Fərhadov Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, xüsusilə Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə investisiya imkanları barədə təqdimatlar da keçirib.
Mian Nasser Hyatt Maggo və Məhəmməd İdris səfirə təşəkkürlərini bildirib, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluqlarını ifadə ediblər. Səfir tərəfindən keçirilən təqdimatları yüksək qiymətləndirən prezidentlər Azərbaycan və Pakistan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı hər iki ölkənin idxal-ixrac potensialı olan məhsullar barədə geniş müzakirələr aparılıb.
Görüşdə həmçinin Azərbaycanla bağlı iş adamlarını maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…