58 baxış
Bu yazını paylaşın
İqtisadi

“Kapital Bank”ın adi səhmdarlarının sayı 3 % artıb

02 Avqust 2023

Bu il iyulun 1-nə “Kapital Bank” ASC-nin 199 adi və 77 imtiyazlı səhmdarı olub.

TELEJURNAL  bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, son 1 ildə “Kapital Bank”ın adi səhmdarlarının sayı 6 vahid və yaxud 3,1 % artıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.

Adi səhmdarların sayında artım səhm sahibi olan fiziki şəxslərin sayının 5 nəfər və yaxud 2,6 % artaraq 197-ə, hüquqi şəxslərin sayının isə 2 dəfə artaraq 2-yə çatması ilə bağlıdır. İmtiyazlı səhmlər isə ötən il iyulun 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUSbank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın səhmlərinin 81,08%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 7,52%-i “PAŞA Sığorta” ASC-yə, 3,76 %-i “PAŞA Həyat Sığorta” ASC-yə, 2,82%-i “Bless” MMC-yə, 2,82% -i “Reveri” MMC-yə, 1,98%-i fiziki şəxslərə, 0,02% – “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-yə məxsusdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…