263 baxış
Bu yazını paylaşın
İqtisadi

“Kapital Bank” “Baku International HR Forum”da iki mükafata layiq görülüb

01 Fevral 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 28-də “Baku Marriott Hotel Boulevard”da növbəti “Baku International HR Forum” keçirilib. “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.

Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: “İnsan kapitalının inkişafı”, “Gələcək innovasiyalar” və “CEO-ların HR-dan gözləntiləri”. Tədbirdə “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələrini bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. “Kapital Bank” da 2 nominasiya üzrə – “Ən yaxşı transformasiya strategiyası” və “Ən yaxşı KSM strategiyası” (“Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb.
Qeyd edək ki, “Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – “https://kbl.az/krdt”, “BirKart” sifarişi üçün – “https://kbl.az/tkstcrd”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…