36 baxış
Bu yazını paylaşın
Siyasi

Kanadanın General-Qubernatoru Azərbaycan dövlət başçısını təbrik edib

05 İyun 2023

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

”Telejurnal.az”  xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.

Kanada ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz Azərbaycanla əlaqələri möhkəmləndirməkdən məmnundur. Bizim tərəfdaşlığımız ortaq dəyərlərə, o cümlədən Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası əlaqələrə əsaslanır.

Müsbət ikitərəfli əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərin həlli istiqamətində birgə səylərimizlə daha da möhkəmlənir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.

Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzulayıram”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…