51 baxış
Bu yazını paylaşın
Dünya

Kanadada Gəncədəki terror aktlarına etiraz olaraq yürüş keçirilib

25 Oktyabr 2020

Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Telejurnal.az APA-ya istinadən bildiri ki, “Vancouver Public Library” meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada “Qarabağ Azərbaycandır”, “Erməni təcavüzünə son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun”, “Gəncə üçün dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…