23 baxış
Bu yazını paylaşın
Siyasi

Kanada “Airbus”dan 9 hərbi nəqliyyat təyyarəsi alacaq

26 İyul 2023

Kanadanın Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin yenilənməsi proqramı çərçivəsində dördü tanker təyyarəsi də daxil olmaqla, “Airbus”dan doqquz hərbi nəqliyyat təyyarəsi alacaq.

TELEJURNAL  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Müqavilənin məbləği 3,6 milyard Kanada dolları (2,73 milyard ABŞ dolları – Qeyd) təşkil edəcək. Bu, müasir “A330 MRTT” çoxməqsədli tanker-nəqliyyat təyyarələrindən dördünün, eləcə də beş işlənmiş “A330-200” nəqliyyat təyyarəsinin alınmasını nəzərdə tutur.

Qeyd olunub ki, hazırda Kanadanın Hərbi Hava Qüvvələrinin balansında olan “CC-150 Polaris” təyyarələrinin istismar müddəti başa çatmaq üzrədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…