22 baxış
Bu yazını paylaşın
Siyasi

Kamran Əliyev: “Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”

22 İyun 2023

“Bu gün Laçın Rayon Prokurorluğunun inzibati binasının açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühüm hadisədir”.

Telejurnal-ın xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prokurorluq orqanları Laçında rayon işğaldan azad olunduqdan sonra da fəaliyyət göstərirdi: “Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”.

K.Əliyev sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir: “Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda gündən-günə artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…