195 baxış
Bu yazını paylaşın
İqtisadi

Kameral vergi yoxlamasının müddətləri artırılıb

17 Yanvar 2022

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də kameral vergi yoxlamasının müddətləri ilə bağlıdır.

“TELEJURNAL” AZƏRTAC-a istindən xəbər verir ki, Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, kameral vergi yoxlaması vergiödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

Kameral yoxlama aparmaq üçün vergiödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir.

Həmin müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Yəni mənfəət və gəlir vergisi üzrə təqdim edilmiş hesabatlar üçün 60 iş günü, digər bəyannamələr, həmçinin cari vergi ödəmələri haqqında arayış (arayışlar üçün də kameral yoxlama aparılacaq) üçün 30 iş günü kameral vergi yoxlamasının müddəti müəyyən edilib. Bu, o deməkdir ki, vergiödəyicisindən təsdiqedici sənədlərin tələb edilməsi, dürüst, müfəssəl yoxlama aparılması üçün vergi orqanının daha çox vaxtı olacaq.

https://azertag.az/xeber/Kameral_vergi_yoxlamasinin_muddetleri_artirilib-1977456

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…