49 baxış
Bu yazını paylaşın
Dünya

Kamala Harris seçkilərin nəticələrini “Amerika üçün yeni gün” adlandırdı

08 Noyabr 2020
Kamala Harris seçkilərin nəticələrini Amerika üçün yeni gün adlandırdı

Kamala Harris

Birləşmiş Ştatların aparıcı KİV-lərinin proqnozlarına görə ABŞ-ın yeni vitse-prezidenti olacaq Kamala Harris vətəndaşlara prezident seçkilərində rekord sayda iştiraka görə təşəkkür edib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, demokratların prezidentliyə namizədi Co Baydenin xalqa müraciətində giriş nitqi ilə çıxış edən Kamala Xarris seçicilərə fəallığa görə minnətdarlığını ifadə edib.

“Seçkilərdə öz mövqeyinizi ifadə etmək üçün rekord sayda iştirakı təmin etdiyinizə görə təşəkkürlər. Mən bilirəm ki, son bir neçə ay mürəkkəb idi: acı, kədər, ağrı, həyəcanlar, əzablar. Amma biz hamımız sizin cəsarətinizin, sizin möhkəmliyinizin və sizin ruhunuzun comərdliyinin şahidi olduq. Siz Amerika üçün yeni günü salamladınız”, – o çıxışında deyib.

Şənbə günü Bayden ABŞ-ın prezidenti seçildiyini elan edib. Daha əvvəl ABŞ-ın nüfuzlu mətbu orqanları öz hesablamalarınaa əsasən seçkilərdə demokratların namizədinin qalib gəldiyini xəbər verib. Lakion hazırkı prezident Donald Tramp bildirib ki, ştatlardan hələ heç birində rəqibinin qalib olması təsdiqlənməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…