25 baxış
Bu yazını paylaşın
Siyasi

Kamal Cəfərov: Ermənistan münaqişədən sonrakı reallıqları qəbul edir

26 Aprel 2022

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında görüşlər keçirilib. Hər iki Brüssel görüşünün nəticələri ümumilikdə müsbət hesab edilə bilər. Çünki Avropa İttifaqı münaqişədən sonra yaranmış yeni reallıqları qəbul edir. Avropa İttifaqı Şurasının yekun kommunikesində “Dağlıq Qarabağ” və “münaqişə” sözləri yoxdur, çünki münaqişə yoxdur, münaqişə artıq həll olunub. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Biz bunu yüksək qiymətləndiririk.

Brüssel görüşünün nəticəsində sərhədlərin delimitasiyası və sülh sazişi üzrə işçi qruplarının yaradılması ilə bağlı razılıq əldə olunub.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, bu fikriləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun plenar iclasında Büronun fəaliyyətinə dair hesabatdan sonrakı müzakirələrdə deyib. O bildirib ki, son günlərin ən mühüm yeniliklərindən biri də Ermənistanın münaqişədən sonrakı reallıqları qəbul etməsidir. Ermənistan sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 əsas prinsipi qəbul edir.

“Biz əldə edilmiş bu razılıqları müsbət hesab edirik, ancaq Ermənistan ciddiliyini masa üzərində sübuta yetirməlidir. Eyni zamanda, Ermənistan regional kommunikasiyalarla bağlı götürdüyü öhdəliklərə də ciddi yanaşmalı, praktiki tədbirlər həyata keçirməli, səmimi davranmalıdır. Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80 faizi səhvdir. Biz başa düşürük ki, Ermənistan bunu beynəlxalq ictimaiyyət qarşısında süni görüntü yaratmaq məqsədilə edib”, – deyə K.Cəfərov avropalı parlamentarilərin diqqətinə çatdırıb.

Deputat vurğulayıb ki, son günlər Kəlbəcərin Günəşli kəndində dağıdılmış evlərinə baş çəkmək istəyən sakinlər vaxtında xəbərdar edilməsəydi, 21 mülki şəxs ermənilərin bu ərazilərdə yerləşdirdiyi minaların qurbanı ola bilərdilər. Müəyyən edildi ki, bu minalar 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə ermənilər tərəfindən basdırılıb. K.Cəfərov AŞPA-nı mina məsələlərinə səssiz qalmamağa çağırıb.

Çıxışının sonunda azərbaycanlı deputat erməni deputatın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı fikirlərinə cavab verib. Bildirib ki, onun göstərdiyi “boz qurd” işarəsi qədim türk totemidir. Qeyd edib ki, hətta Barak Obama da “boz qurd” işarəsindən istifadə edib. Ona görə də bununla bağlı heç bir problem yoxdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…