418 baxış
Bu yazını paylaşın
Müsahibə

“KAAN” döyüş təyyarələrinin layihələndirilməsində və istehsalında Azərbaycanın iştirak etməsi gücümüzə güc qatan addımdır-Oqtay Qasımov

01 Avqust 2023

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospase” (TUSAŞ) şirkəti arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.

Politoloq Oqtay Qasımov “KAAN” layihəsinin həyata keçirilməsini “Telejurnal”a şərh edib.

Uzun müddətdir ki, Türkiyə yerli təyyarəsini hazırlamaqla məşğuldur, artıq bu təyyarənin hazırlanıb sınağa verilməsi mərhələsidir. Bu döyüş təyyarələri beşinci nəsil olmaqla Türkiyənin özünün hərbi hava qüvvələrinin əlavə olaraq güclənməsi deməkdir. Türkiyə hərbi hava qüvvələri, əsasən, Amerikan istehsalı olan F-16 -dan təşkil olunub. Hal-hazırda Türkiyə özünün NATO müttəfiqi olan Amerika tərəfindən onun hərbi hava qüvvələrinin arsenalının yenilənməsi və təkmilləşdirilməsi məsələsi ilə bağlı çıxardığı bir çox problemləri nəzərə alaraq, özünün yerli müdafiə sənayesi vasitəsilə ordunun ehtiyaclarını qarşılamaq xətti tutub. Bu gün Türkiyə müdafiə-sənayi sahəsi Türkiyə ordusunun ehtiyaclarının 80 faizini qarşılamaqdadır. Bu kifayət qədər ciddi rəqəmdir, xüsusilə də, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, raket sistemlərinin yenilənməsi və hərbi dəniz qüvvələrinə lazım olan hərbi gəmilərin layihələndirilməsi və istehsalı, o cümlədən, pilotsuz gəmilərin hazırlanması kimi layihələr həyata keçirilir.

Bunların içərisində ən önəmlisi yerli savaş təyyarəsi “KAAN”-dır. “KAAN” Türkiyəli mühəndislərin və yerli istehsal əsasında həyata keçirilən layihədir. Bu təyyarənin yüksək səviyyəli texnoloji vasitələri: görmə cihazları, naviqatorlar, radio elektron sistemləri Türkiyə mühəndislərinin kəşfidir.

Türkiyə hərbi hava qüvvələri təyyarələri balansına qəbul etdikdən sonra 2028-ci ildə bu təyyarələrin kütləvi və serialı istehsalına başlanılacaq. Bu prosesin həyata keçirilməsi dünyada Türkiyənin nüfuzunu daha da artıracaq və bu layihənin həyata keçməsi ilə hərbi hava qüvvələrinə lazım olan döyüş təyyarələrinin istehsalında dünya üzrə ən güclü dövlətlər sırasında olacaq.

Azərbaycan və Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan mühəndisləri də Azərbaycanda “KAAN” təyyarələrini layihələndirmə prosesində iştirak edəcəklər.

Bu iki cəhətdən çox vacibdir: Azərbaycan mühəndisləri, artıq dünya səviyyəli layihələrdə iştiraka imza atırlar ki, bu Azərbaycanın elmi-texniki, həmçinin müdafiə sənayesinin inkişafına önəmli təsir edəcək amildir, digər tərəfdən isə bu layihənin həyata keçirilməsində Azərbaycanın da iştirakı gələcəkdə Azərbaycan hərbi hava qüvvələrinin beşinci nəsil təyyarələr ilə təmin olunması və ehtiyacların qarşılanmasında vacib rol oynaya bilər.

Bu çox mühüm məsələdir. Biz coğrafi mövqeydən olduqca həssas bölgədə yaşayırıq, ətrafımızda dövlətimizə qarşı düşmən mövqedə olan ölkələr var və bu da Azərbaycanı hər zaman ayıq-sayıq olmağa, özünü müdafiə qabiliyyətini daim gücləndirməyə vadar edir. “KAAN” döyüş təyyarələrinin layihələndirilməsində və istehsalında Azərbaycanın iştirak etməsi gücümüzə güc qatan addımdır.

Redaktor : Mehin Vəliyeva

Müxbir :  Asiman Hafizqızı

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…