33 baxış
Bu yazını paylaşın
Dünya

Jurnalist Şoltsdan Ermənistanın Rusiya sanksiyalarından yayınıb-yayınmadığını soruşub

04 Mart 2023

 

Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniyanın kansleri Olaf Şoltsun birgə brifinqində almaniyalı siyasətçidən Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə yardım edib-etmədiyi soruşulub.

TELEJURNAL xəbər verir ki, jurnalist Baş nazirə ermənistanlı həmkarı ilə bu ölkənin Aİ ilə ixracının müəmmalı şəkildə artımını müzakirə edib-etmədiyi barədə sual ünvanlayıb.

“Müharibə başlayandan bəri Almaniya və digər Aİ ölkələrindən Rusiyaya ixrac azalıb. Eyni zamanda, Ermənistana ixrac artım, həmçinin ixrac Ermənistandan Rusiyaya da artıb. Ötən həftə iqtisadiyyat naziri Robert Habekdən Rusiyanın üçüncü ölkələr vasitəsilə Aİ mallarını, xüsusilə yüksək texnologiya və nəqliyyat vasitəsi hissələri əldə etdiyini öyrəndik. Bu rəqəmlər onu deyir ki, Ermənistan burada rol oynaya bilər. Bunu müzakirə edibsinizmi?”, – jurnalist kanslerdən soruşub.

Hökumət başçısı isə bu məsələni müzakirə etmədiklərini bildirib:

“İqtisadi göstəriciləri izləyirik. Eyni zamanda, bizim üçün sadəcə iqtisadi göstəriciləri nəzərdən keçirmək, korrelyasiyanı izah etmək yox, həm də iqtisadi sanksiyalarımızın yan keçilməməsini görmək də vacibdir və bu, əlbəttə, bizim tələb etdiyimiz bir şeydir”.

Yekunda kansler qoyulan “qaydalara hörmətlə yanaşıldığına ümid etdiyini” vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…