reading time
6 dəqiqə oxunma müddəti
669 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Rusiya dağılma mərhələsinə qədəm qoyur, yoxsa…?

24 Yanvar 2021

Ərköyün Putin “Çar” olmaq istəyir

Navalnının Almaniyadan geri qayıdarkən hava limanında mətbuatın gözü qarşısında həbs edilməsi ilə bir çoxları kimi mən də Rusiya siyasi elitasının böyük səhv etdiyini düşündüm. “Siyasi elita” dedikdə isə Navalnının həbs əmrini məhz V.Putinin verdiyi heç kimə sirr deyil. Belə ki, Rusiya kimi avtoritar rejimlərdə bütün sahələr məhz ərköyün rəhbərlərin təkbaşına hakimiyyətlərinin nəzarətində olduğundan bu kimi qərarları da məhz onlar verirlər. Sovetlər dağıldıqdan sonra Rusiya köhnə işğalçı siyasətindən əl çəkməyərək keçmiş postsovet ölkələrinin və ümumilikdə bütün dünyanın baş ağrısına çevrilmiş oldu ki, bu da ona qarşı həm qonşu dövlətləri, həm dünya siyasi güclərini narazı hala salmaqla yanaşı, həm də daxilindəki böyük problemlərin əsasını qoymuş oldu. Ənənəvi rus siyasəti nə daxildəki, nə də xaricdəki gücləri qane etmirdi. Rusiyanın qızışdırıcı, dağıdıcı, işğalçı siyasətinin qurbanı olmuş çoxsaylı xalqlar və dövlətlər gec ya tez ona qarşı hansısa tədbirləri görmək istədikləri də heç kimə sirr deyil. Bu gün Rusiyanın dünya siyasi sistemində aşağı nüfuzunun olması onu demək olar ki, siyasi arenada təklənmiş vəziyyətə salıb. Bunun da əsas səbəbkarı Putin hökumətinin qeyri-effektiv idarəçiliyidir.

Rusiya, istənməyən qonşu kimi…

Böyük Britaniyanın, ardınca isə ABŞ-ın yeni Müdafiə Nazirinin Ukraynanın torpaq bütünlüyünü açıq şəkildə dəstəkləməsi, Krımın Rusiya tərəfindən işğal edilməsini heç bir siyasi təşkilatların tanımaması, Qazaxıstana torpaq iddialarından sonra Rusiya hakimiyyətinə loyal olan qazax siyasətçilərin belə Rusiya ilə arasına məsafə qoyması, Türkmənistan, Özbəkistan və Qırğızıstan kimi türk ölkələrində öz milli kimliyinə qayıtma meylləri, Gürcüstanda Rusiyaya haqlı nifrətin hökm sürməsi ümumilikdə Rusiyanın qonşuluq siyasətində nə dərəcədə uğurlu ola bilib-bilməməsi barədə açıq mesajlar verməkdədir. İkinci Qarabağ savaşında Rusiyanın yenidən Azərbaycanın daxili işlərinə qarışması, guya regionda möhkəmlənməsinə hesablanmışdısa da, uzun planda baxsaq, Rusiya istəyinə nail ola bilmədi. Əksinə, Azərbaycanda onsuz da yerlə bir olmuş sosial dayağını daha da zədələdi və az qala, hər bir rus hərbi və dövlət nümayəndəsini Azərbaycan cəmiyyətinin gözündə “persona non grata”-ya çevirdi.

Putinin vaxtı çatıbmı?

Düşünürəm ki, əgər Rusiyada yaxın zamanlarda hakimiyyət çevrilişi baş verməyəcəksə də, bu ilin yay aylarına qədər onun dəstəklədiyi və maliyyələşdirdiyi separatçı rejimlərdə qanlı döyüşlərin başlayacağı qaçılmazdır. Ehtimal var ki, bu Ukrayna və Moldovanın öz əzəli torpaqlarını geri qaytarması fonunda baş verəcək. Moldovanın hərbi gücünün az olması, inanmıram ki, müharibəyə başlamasına mane olsun. Moldovanın yeni seçilmiş prezidentinin öz ilk rəsmi səfərini məhz Rusiya ilə açıq şəkildə düşmənçilik münasibətlərində olan Ukraynaya etməsi də Rusiyaya qarşı qeyri-rəsmi koalisiyanın yaradıldığının göstəricisidir. Bu gün artıq Türkiyənin Rusiyanın qonşuluğunda olan dövlətləri muasir silahlarla silahlandırması da heç kimə sirr deyil. Baş verən hadisələr fonunda Rusiyanın xarici siyasətini qiymətləndirərkən yuxarıda sadalanan faktları nəzərə alsaq, bu siyasətin nə dərəcədə uğursuz olması aydın görünəcək.

Dünyanın ən ziddiyətli və zalım liderlərindən biri  Vladimir Putindir. Onun nə dərəcədə təhlükəli siyasətçi olduğu bütün dünyaya bəllidir. Putinin 20 ildən çoxdur hakimiyyətdə olduğu dövrdə Rusiyadakı az qala bütün xalqlar çox çətin duruma düşüblər. Yaşayış səviyyəsinin aşağı olduğu, bütün sahələrin Putinin ətrafında olan monopolistlər tərəfindən zəbt edilməsi, böyük miqdarda təbii resursların məmurlar vasitəsiylə vəhşicəsinə mənimsənilmə prosesi xalqın haqlı narazılığı ilə müşaiyət olunmaqdadır. Belə bir şəraitdə xalqın ayağa qalxması üçün bircə qığılcım belə kifayətdir. Nəzərə alsaq ki, əsrlərlə Rusiyanın əsarətində qalan xalqların milli oyanış prosesi çox sürətlə gedir, onda hakimiyyətin xalqların idarəçiliyində və həyat tərzinin yaxşılaşdırılmasında mühüm addımlar atmalı olduğu mütləq şərtdir. Hazırkı hökumətin isə bu yolda fundamental dəyişikliklər edə bilməsi və etməyə çalışması heç də real görünmür.

Son yaxınlaşır.

Ümumi mənzərəni nəzərdən keçirdikdə bu qənaətə gəlmək olur ki, V.Putin hakimiyyətinin sonu yaxınlaşır. Ruslar üçün ən təhlükəli məqam isə ondan ibarətdir ki, Rusiyanın parçalanmasına gətirib çıxara biləcək səbəblər də kifayət qədərdir. Rusiyanı Qərb ölkələrindən fərqləndirən əsas məqamlardan biri onun vətəndaşlarının səfalət içərisində yaşamasıdır. Təbii resurslarının kifayət qədər olmasına baxmayaraq yürütdüyü şantajçı iqtisadi siyasət sayəsində bu resursların dünya bazarında alıcısının olmaması da Rusiyanın çökməsinə gətirib çıxaran başlıca səbəblərdən biridir. Buna görədir ki, son illər Avrasiyada bağlanmış demək olar ki, heç bir iqtisadi baxımdan gəlirli və strateji müqavilədə Rusiya iştirak etməmişdir. Bununla daxili bazarda gərginlik artmış, rubl günü-gündən dəyər itirmişdir ki, bundan da, təbii olaraq, ən çox xalq ziyan çəkmişdir. Hakimiyyətin nüfuzunun kifayət qədər olmamasının bariz göstəricisi isə müxalif liderin (A.Navalnı) bircə çağırışla əhalini 100-dən artıq şəhərdə küçələrə çıxarması, Prezidentə və komandasına “rədd ol” şüarları səsləndirməsidir ki, bu da siyasi elitanın artıq təməl sütunlarının necə çatladığını göstərməkdədir. Düşünürəm ki, Putinin sonunun başlanması prosesinə artıq start verilmişdir.

 

Müəllif: Beynəlxalq münasibətlər üzrə ekspert Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…