reading time
4 dəqiqə oxunma müddəti
250 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Qərb cəbhəsinin Rusiya planı

16 Mart 2021

Rusvari “qonşuluq”

Heç kimə sirr deyil ki, rəsmi Moskvanın ikibaşlı “qonşuluq” siyasəti regionun təhlükəsizliyinə həmişə ciddi təhlükədir. Rusiya xarici siyasəti qonşuluğunda olan demək olar ki, bütün dövlətləri bu və ya digər təzyiq və təsir mexanizmlərindən istifadə edərək etnik separatizmi alovlandırmağa və ya qonşu dövlətlərin ərazilərinə birbaşa hərbi müdaxilələrlə öz təsir “rıçaq”larını saxlamağa hesablanmışdır.

Qərb cəbhəsinin cavabı

Qərb cəbhəsi indiyədək Rusiyanın bu aqressiv siyasətinə qarşı mübarizə metodu olaraq iqtisadi sanksiyalardan istifadə edib. Bu təzyiq metodu isə demək olar ki, heç bir zaman müsbət təsirini göstərməyib və Rusiya I Pyotrun zamanından bu yana öz işğalçı siyasətini heç bir hüquq normalarına məhəl qoymadan davam etdirib. Bu günün reallığı isə onu deməyə əsas verir ki, Qərb artıq Rusiyaya qarşı hərb maşınından istifadə etməkdən də çəkinməyəcək. Bu təbii ki, ABŞ və ya Qərbi Avropa ölkələrinin birbaşa iştirakı ilə baş verəsi deyil. Amma Rusiya sərhədləri yaxınlığında baş verəcək münaqişələrin lokal xarakter daşıyacağı da artıq mümkünsüz görünür. Belə ki, illərlə məhz Rusiyanın öz hərbi gücündən istifadə edərək qonşuluğunda yerləşən dövlətlərin suverenliklərinə təhdid siyasəti onun kifayət qədər düşməninin əmələ gəlməsinə xidmət edib. Bundan da başda ABŞ olmaqla bütün Qərb cəbhəsi, görünür, məharətlə istifadə etmək qərarına gəlib. ABŞ-da Respublikaçıların, əsasən, aqressiv siyasətin tərəfdarı olan Baydenin timsalında Demokratlarla əvəzlənməsi bu qərarın real olma ehtimalını daha da artırır.

Prosesin başlanğıc nöqtəsi isə, şübhə etmirəm ki, II Qarabağ savaşı olmuşdur. Əgər fikir versək, məhz Qarabağ savaşında baxmayaraq ki, Ermənistanda Qərb meyilli, Sorosun oyuncaq hökuməti olan Paşinyan rəhbərliyi hakimiyyətdə idi, dünyanın aparıcı dövlətləri Azərbaycanı ya birbaşa ya da səssizlikləri ilə dəstəklədilər. Bunun başlıca səbəbi isə Ermənistanın yenə də regionda Rusiyanın İmperiya ambisiyalarını həyata keçirməsində bir vasitə və Moskvanın hərbi forpostu olmaqda davam etməsi idi. Məhz bu amillərə görə rəsmi Kreml 30 ildən artıq zaman kəsiyində münaqişədə özünü moderator kimi aparsa da, məhz onun təhriki ilə işğal digər bölgələrdə də olduğu kimi öz həllini tapmırdı.

Qarabağ müharibəsi ən əsası sübut etdi ki, Rusiyanın bütün vasitələrlə dəstəklədiyi oyuncaq separatçı qüvvələr müasir silahlarla zənginləşdirilmiş orduların qarşısında aciz duruma düşməyə məhkumdurlar. Artıq Ukraynanın öz ordusunu ölkənin şərqinə yerləşdirməsi və hərbi təlimlər keçməsi, Moldova Prezidentinin inauqurasiyadan dərhal sonra Ukraynaya rəsmi səfər etməsi, NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması prosesin getməsindən və bu prosesə məhz Qarabağ savaşından sonra start verilməsindən xəbər verir.

“Ayı” qış yuxunda deyil

Qarabağ savaşından dərs götürən Rusiya da dünya silah bazarında öz nüfuzunu qorumaq üçün dəstəklədiyi separatçı rejimləri müasir silahlarla silahlandıraraq XXI əsr müharibəsinə hazırlayır ki, bu da Ukrayna, Moldova və Gürcüstan orduları üçün böyük itkilərə gətirib çıxara bilər. Lakin bu amillərin Rusiyanın dəstəklədiyi qüvvələrin köməyinə çatacağına inam azdır. Bu separatçı qüvvələrlə müharibənin başlayacağı təqdirdə tam məğlubiyyətə uğramaları, fikrimcə, qaçılmazdır. Ona görə, düşünürəm ki, baş verən bütün bu gərgin hadisələr fonunda yeni Dünya Nizamının şahidi olmağımız sadəcə vaxt məsələsi olacaqdır.

 

Müəllif: Beynəlxalq münasibətlər üzrə ekspert Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…