reading time
5 dəqiqə oxunma müddəti
339 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Putin Ərdoğanı belaltı vuranda olacaqları hesablamışdımı?

13 Mart 2021

İran və Türkiyəsiz Yaxın Şərq

Rusiya Türkiyəni itirsə, Yaxın Şərqi birdəfəlik itirəcək. Amerika da daha əvvəl eyni səhvi etmişdi. İndi daha öz daxili və xarici siyasətində çıxılmaz vəziyyətə düşən İran təkbaşına Rusiyanın Yaxın Şərqdəki planlarına dəstək vermək gücündə deyil. Daha əvvəl də dediyim kimi, bu bölgədə (Yaxın Şərqdə) Türkiyənin istədiyi hər zaman olmaya bilər, İranın istədiyi də hər zaman olmaya bilər, amma hər ikisinin istəmədiyi çətin ki, ola bilsin.

Putinin Ərdoğanı belaltı vurması

Hamının Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşdığını düşündüyü bir vaxtda, Putin Ərdoğanı beldən aşağı vurdu. Ölkənin bütün TV və sosial media kanalları vasitəsilə Ərdoğanın görüş üçün Putini 2 dəqiqə gözləməsi videosu tirajlandı. Bu hərəkət Türkiyə ictimaiyyətini o qədər hiddətləndirdi ki, hətta Türkiyə XİN Çavuşoğlu təzyiqi azaltmaq üçün xüsusi açıqlama ilə çıxış edərək, burada Ərdoğanın təhqir edilməsi niyyətinin olmadığını bildirdi. İddia etdi ki, Putinin bu videodan xəbəri yoxdur və o da bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir. Bu fikirə istinad kimi isə Peskovun göstərilməsi isə sadəcə gülüş doğurdu. Çünki bunu sübut edəcək, nə audio, nə də video material tapılmadı. Rus tərəfinin rəsmi açıqlaması da olmadı. Və əlbəttə ki, Rusiyanın informasiya silahları olan “Russia Today” və “Sputnik”in bu videoları Putinin istəyinin əksinə çıxaraq bol-bol tirajlaması mümkün deyildi. Üstəlik, videonun qurma olduğu ortaya çıxdı. Belə ki, əslində gözləmə müddəti 2 dəqiqə deyil, 40 saniyə çəkmişdi və montajla uzadılmışdı. Ərdoğan görüşə gələrkən qəsdən zalın girişində 40 saniyəlik basabas yaradılmışdı və indi bu basabasın məhz bu montajı ərsəyə gətirmək üçün yaradıldığı aydın olurdu.

Ərdoğanın intiqamı ağır oldu

34 əsgərinin həlak edilməsinin üstündən sükutla keçən, Rusiyanı birbaşa hədəfə qoyaraq münasibətləri birdəfəlik qırmaq istəməyən Ərdoğan bu dəfə birbaşa şəxsinə yönəlmiş təhqiri bağışlamadı. Belçika səfərindən qayıdan kimi, o Türkiyə pilotsuz aparatlarının (PUA) Suriyada ən müasir, “dünyada analoqu olmayan” rus HMS-i “Pantsir”lərdən düz 8 ədədini məhv etdiyini açıqladı. Bu zamana qədər isə Türkiyə tərəfi türk PUA-ları ilə məhv edildikdən sonra onsuz da reputasiyası ciddi zədə görmüş rus hərbi sənaye kompleksini alçaltmamaq, daha da nüfuzdan salmamaq üçün bu məlumatları paylaşmırdı. Türklər münasibətləri isti saxlamağa üstünlük verirdilər. Rusiyanın rəsmi səviyyədə Ərdoğanı təhqir etməsi, kompromat yayması isə Türkiyə prezidentini özündən çıxardı.

Ardınca türklər öz pilotsuz aparatlarının “Pantsir” HMS-i necə ovladıqlarının videolarını yaymağa başladılar və bununla bütün dünyaya Rusiyanın “ən müasir” HMS-inin real döyüş şəraitində mənasız oyuncaqlar olduğunu ortaya qoydular. Ərdoğan faktiki olaraq Rusiyanın “Pantsir” və aydın məsələdir ki, daha köhnə HMS sistemlərinin dünya silah bazarında satışına olan bütün ümidləri öldürdü. Artıq heç bir ciddi dövlət bu sistemlərə milyonlarla, milyardlarla vəsait xərcləməyəcəkdi. Ərdoğan öz intiqamını, onsuzda çətin maliyyə vəziyyətində olan Rusiyanı həm maliyyə cəhətdən sıxmaqla, həm də Tesla yarada bilməsə də, İsgəndər yaratmaqla fəxr edən Putinin silah sənayesinin nüfuzunu aşağı salmaqla aldı.

Türk elitası Rusiyaya daha güvənmir

Bütün olanlardan sonra Türkiyə hərbi və siyasi elitasında Rusiyaya dərin etimadsızlıq formalaşıb. Türkiyədə Moskva müqaviləsinin Rusiya üçün vaxt udmaq cəhdi olduğunu, Soçi müqaviləsi ilə də eyni aqibəti yaşayacağını düşünürlər. Bunu Türkiyənin Suriyadakı hərbi addımlarının davamlılığında da görmək olur. Sülh müqaviləsi imzalanan kimi Türkiyə hökuməti Suriyadakı hərbi gücünü durmadan artırmağa başlayıb. İdlib razılaşması imzalandıqdan sonra TSQ İdlib və Hələb vilayətlərinə əlavə olaraq ən azı 750 hərbi texnika (əsasən tanklar, BMP və BTRlər) göndərib. Bir çox mənbələrə əsasən, Özəl Qüvvətlərə aid 9200-dən çox türk əsgərinin bu vilayətlərdə məskunlaşdığı göstərilir. Eyni vaxtda Türkiyə ordusu Suriya sərhəddinə əlavə qüvvələr cəmləşdirməyə davam edir. Bu da yaxın vaxtda Suriyadakı türk hərbi varlığının azalacağını deyil, artacağını göstərir.

Görəsən, Putin o montaj videosunu yayımlayanda bunları hesablamışdı?

 

Müəllif: Analitik Turab Rzayev

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…