reading time
5 dəqiqə oxunma müddəti
236 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Kəşfiyyat, Bin Laden və Vaksin

09 Fevral 2021

Pulsuz vaksin kampaniyası

Doktor Şakil Afridi, 1990-cı ildə Pakistanın Pişəvər şəhərindəki Xeybər Tibb Universitetinden məzun oldu. Elə Xeybər Paxtunkva əyalətində Cəmrud Xəstəxanasında cərrah olaraq işləməyə başladı.

2010-cu ildə elə doğma Xeybərdə pulsuz vaksin kampaniyasının əsasını qoydu. Əyalətdəki 18 yaşına qədər bütün uşaqlar üçün Doktor Afridi Hepatit-B pulsuz vaksin kampaniyası aparırdı. Kampaniya həm bölgədə, həm də bütün Pakistanda böyük diqqət çəkdi. Radio və televiziyalar, küçə reklamları insanları ödənişsiz şəkildə Hepatit bəlasından xilas olmağa çağırırdı. Vaksin kampaniyasının mərkəzi məşhur Abbotabad şəhəri idi. Hepatitdən minlərlə insanın öldüyü, müalicə etməyə gücü çatmayan Pakistanda bu kampaniya çox sevinclə qarşılandı. Hamı heç olmasa uşağının bu bəladan qurtulmasını istəyirdi. Bu sevinc və ümid dolu kampaniya ilə paralel başqa bir maraqlı hadisə də baş verirdi. O da eyni yerdə – Abbotabad şəhərində. Tarix 2 may 2011-ci ili göstərəndə dünyanın bütün informasiya agentlikləri birinci səhifədən bu hadisənin xəbərini paylaşdılar.

Qlobal medianın şeytanlaşdırdığı, bütün dünyanı qorxuda saxlayan ad, Əl-Qaidə qurucusu və rəhbəri Üsamə Bin Laden ABŞ Donanmasının xüsusi təyinatlı qoşunları – Dəniz Pişikləri tərəfindən məhv edildi. Bin Ladenin “Neptun Nizəsi” adlanan əməliyyat ilə məhv edilmiş cəsədi Oman Dənizinə atıldı. “Neptun Nizəsi” əməliyyatında Bin Laden ilə yaşayan bütün ailə üzvləri məhv edildi. Onların arasında onun gənc oğlu Xalid də vardı.

Bəs CIA (MKİ) Bin Ladeni necə tapmışdı ?

Yerli qanunların işlədiyi, hamının silahlı olduğu, vəhşı qərb filmlərinin kovboy qanunları ilə idarə olunan Tayfa Ərazilərində Bin Ladeni tapmaq o qədər də rahat deyildi. Üstəlik ev çox qalın divarlarla əhatə olunmuşdu. Bin Ladenin şəxsi poçtalyonu Əbu Əhməd Əl-Küveytini izləyərək evin yerini müəyyən etdilər. İndi isə Bin Ladenin evdə olduğundan əmin olmaq lazım idi.

Biraz daha əvvələ gedək

Dünya xəbərlərində yəqin ki, tez-tez Əfqanıstan və Pakistanda səhvən sivil insanları öldürən PUA zərbələrini eşitmisiniz. Bu pilotsuz uçuş avadanlıqlarından istifadə edib qanunsuz insan ovlamağı sevən bir nəfər vardı – MKİ agentura rəhbəri Jonathan Banks. Həmin Banks hələ 2009-cu ildə dron hücumu ilə Şimali Vəziristanda sivil insanları öldürdüyünə görə, tayfa üzvləri etiraz etmiş, Conatan Pakistanı tərk etmişdi. Vəziristanlı jurnalist Kərim Xan onun qətldə iştiraka görə mühakimə olunub, edam olumasını istəyirdi.

Həmin Banks müsəlman tayfa lideri (həm də döyüşçü dəstəsinin rəisi ) – Ləşkəri-İslamın rəhbəri Manqal Bağ ilə olan əlaqəsindən istifadə edərək, Doktor Afridiyi əməkdaşlığa cəlb edə bildi. Əməkdaşlığa cəlb olunan Afridi Hepatit B pulsuz vaksin kampaniyasından bir CIA maskası kimi istifadə edirdi. Bin Ladenin evdə olmasından əmin olmaq üçün, əhalidən DNT nümunələri yığılırdı. Yığılan nümunələr Dünya Səhiyyə Təşkilatının təmin etdiyi soyuducu qutular ilə CIA mərkəzinə göndərilirdi. Bin Ladenin ailesindən bir insanın bu şəhərdə olub olmadığını təsdiqləmək üçün, uşaqlardan toplanan DNT nümunələrinin, Üsamə bin Ladenin 2010-cu ildə Bostonda ölən bacısından alınmış DNT ilə müqayisə edildiyinə inanılır. Doktor Afridi, paytaxt İslamabadda “ağ bir qadınla” düz 25 dəfə görüşmüşdü. Hər dəfə də əlində vaksin kampaniyasında istifadə etdiyi soyuducu qutu var idi.

Bin Ladenin öldürülməsindən sonra Pakistan təcili istintaq komissiyası qurdu. Ölkə ərazisində rəsmi icazə olmadan edilən xarici silahlı əməliyyatı tənqid etdi, ölkəyə hücum kimi qiymətləndirdi. 2012-ci ilin iyulunda komissiya Doktor Afridinin “xarici gizli agentlərlə görüşdüyünü, təlimatlar aldığını və onlara vacib məlumatlar ötürdüyünü” elan etdi. Doktor Afridinin vaksin komandasından 15 nəfərin həkimlik fəaliyyətinə qadağa qoyuldu.

Afridi özü Torxam sərhəd məntəqəsindən qaçmaq istəyəndə tutuldu, mühakimə edildi, 33 il həbs cəzasına məhkum edildi. Amerika, MKİ Afridinin Amerikaya verilməsi üçün ciddi təzyiqlər etdi. Hətta nümayişkaranə şəkildə Afridiyə verilən 33 illik həbsin əvəzinə Pakistana ayrılan hər yardım tranşından 33 milyon kəsdi. Afridi Taliban, Əl-Qaidə və s. təşkilatların ölüm siyahısına əlavə edildi. 2015-ci ildə Doktor Afridinin vəkili Samiullah Xan Afridi Pişəvərdə güllələnərək edam edildi. Doktor Afridi isə Qərbdə qəhrəman elan edildi.

P.S. Medecins Sans Frontieres (Sərhədsiz Həkimlər) cəsusluq məqsədi ilə tibbi yardım təşkilatlarından istifadə edilməsinin, gələcəkdə böyük şübhələrə səbəb olacağını və bu təşkilatların işçilərinin həyatını təhlükəyə atacağını əsas gətirərək MKİ-nin saxta vaksin kampaniyasına etiraz etdi

P.S.S. Bin Ladenin ölümündən 2 ay keçməmiş CIA Pakistan agentura rəhnəri Mark Kelton həm həddən çox pisləşən sağlamlıq vəziyyətinə, həm də ölkədəki münasibətləri gərginləşdiyinə görə Pakistandan çıxarıldı. Sağlamlığının bu dərəcədə pisləşməsinin səbəbi açıq şəkildə elan olunmadı, amma Pakistan kəşfiyyatı (ISI – İnter-Service İntelligence) tərəfindən zəhərləndiyi düşünülür.

 

Müəllif: Analitik Turab Rzayev

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…