reading time
4 dəqiqə oxunma müddəti
253 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

“İqtisadiyyat üzərində qurulmayan siyasət dişsiz canavar kimidir”

12 Yanvar 2021

Ermənistan niyə zərərli çıxdı?

Dünyada baş verən hadisələr fonunda regionumuzda baş verənlər bizim xeyrimizə olduğu bir zamanda Ermənistan haqqında bunu demək olmaz. Belə ki, məlum 44 günlük Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələrini demək olar ki, tamamilə məhv etdiyimizə görə Ermənistan hələ özünə uzun zaman gələ bilməyəcək. Siyasi elitanın isə elə ilk günlərdən yararsız daxili və xarici siyasəti Ermənistanı uçuruma aparan səbəblər sırasındadır. Bu gün dünya erməniliyi özünün iflasını həzm edə bilmir və iki cəbhəyə ayrılıb. Birinci cəbhə Ermənistan hakimiyyəti, ikinci cəbhə isə həmin hakimiyyəti satqın sayan erməni lobbisidir. Məğlubiyyətdən sonra Ermənistan hakimiyyətinin əsas niyəti siyasətini iqtisadiyyat üzərində qurmaqdırsa (düşünürəm ki, bu səfalət içində olan xalq, blokadada qalmış dövlət üçün daha düzgün xətdir), dünya erməniləri revanşizm siyasətinin tərəfindədir və Ermənistanı yeni müharibəyə hazırlamağa çalışırlar.

Moskva görüşü nə “deyir”?

Ermənistan dünyanın nadir dövlətlərindəndir ki, terroru rəsmi şəkildə dəstəkləyərək onu öz siyasətinin tərkib hissəsi hesab edir, hansı ki, günümüzdə bu yol ən uğursuz yollar arasındadır. Dünya düzəni artıq dəyişib və bu cür strategiyanı, demək olar ki, heç bir böyük dövlət dəstəkləmir. Dünənki Moskva görüşündə də, əsasən, məhz iqtisadi maraqların üstünlük təşkil etməsi iqtisadiyyat təməlli siyasətin daha çox maraq və rəğbət gördüyünün əyani sübutudur.

Yol infrastrukturunun bərpası və ya yenidən qurulması bütün region dövlətlərinə sərf etsə də, düşünürəm, bu həm də gələcək müharibələrin baş verməməsi üçün də əsas şərtlərdəndir. Bununla müstəqillik qazandıqdan sonra regionun inkişafında qətiyyən iştirak etməyən və bununla da iqtisadi çöküş yaşayan Ermənistan artıq bütün qonşu dövlətlərlə qurulacaq yeni münasibətlərdən qazanclı çıxacaq. Təbii ki, bu həm də erməni xalqının ümumi rifahının yaxşılaşmasına gətirib çıxaracaq ki, bununla da həm qızışdırıcı mövqedə dayanan erməni lobbisinin Ermənistan hakimiyyətinə təsiri azalacaq, həm də erməni xalqı arasında lobbinin nüfuzunu zəiflədəcək.

Rusiyanın erməni himayədarlığına cavab necə olmalıdır?

Deməzdim ki, Qafqazda hərbi-siyasi vəziyyət bizim tam nəzarətimizdədir. Azərbaycan Cənubi Qafqazın hərbi güc mərkəzi olsa da Şimal qonşumuzun regionumuzda, daha dəqiq desək, ölkə ərazimizdə öz sülhməramlı ordusunu yerləşdirməsi və ən əsası başlıca missiyasının erməni qaçqınları Azərbaycan torpaqlarına qaytarmaqdan ibarət olması bizi narahat etməyə bilməz. Ona görə ki, Cənubi Qafqazda “erməni problemi”nin yaranmasının əsas səbəbkarı və “ssenaristi” məhz Rusiya İmperiyası olub ki, məlum Gülüstan və Türkmənçay müqavilərindən sonra kütləvi şəkildə erməni əhalisini torpaqlarımızda yerləşdirilməyə başlanıb. Yəni, bu kütləvi erməni axınının nə dərəcədə təhlükəli olduğunu təəssüflər olsun ki, yaşayaraq görmüşük.

Azərbaycan hakimiyyəti üçün prioritet məsələlərdən biri də işğaldan azad olmuş ərazilərimizin infrastrukturunun bərpası və həmin ərazilərə vaxtikən öz dədə-baba torpaqlarından didərgin düşmüş əhalimizin yerləşdirilməsi olmalıdır. Ümumiyyətlə, daxili sabitliyimizin qarantı sayılacaq iqtisadi yüksəlişimiz və əhalimizin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlik mühüm addımların atılması şərtdir. Təbii ki, bütün bunlar ərazimizdə yaşayacaq olan ermənilərin də həyat şəraitini yaxşılaşdıracaq. Bu, onların yaxın keçmişdə səfalət içərisində keçirdikləri həyat tərzləri ilə müqayisədə onlara daha qənaətbəxş görünəcək və bir daha müharibə istəməmələri üçün keçərli bir səbəb olacaq. Dövlətimizin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr sayəsində də regionumuzda gələcək müharibənin böyük dövlətlərin də maraqlarında olmaması faktoru vardır ki, bundan da səmərəli istifadə etməliyik.

 

Müəllif: “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”nin beynəlxalq münasibətlər üzrə eksperti Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…