reading time
4 dəqiqə oxunma müddəti
83 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023

Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda önəmli mövqeydədir.   Prezident İlham Əliyevin Tacikistana səfəri məhsuldarlığı ilə seçildi. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə keçirilən görüşlərdə səsləndirilən fikirlər, verilən bəyanatlar, imzalanan dövlətlərarası sazişlər onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur. Səfər zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin ehtiramla yad edilməsi onu fars, İran şairi adlandıran bəzilərinin görmək və eşitmək istəmədikləri hallardan idi.

Bu fikirləri TELEJURNAL-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov  deyir: “Nəzərə alınmalıdır ki, bu gün xarici siyasətində ifrat antitürk ideologiyasını əsas götürən İran İslam Respublikası Tacikistan müstəqillik qazanar-qazanmaz daxili işlərinə müdaxilə etməyə cəhd etmiş, Düşənbədən Daşkəndə, Bakıya, Bişkekə qarşı istifadə etməyə çalışıb. Lakin Tacikistan lideri E.Rəhmonun siyasi ayıqlığı, onun milli ideoloji siyasətdə incəliklərə rasional şəkildə yanaşması ona gətirib çıxartdı ki, qonşu Əfqanıstandan fərqli olaraq Tacikistanda sabitlik və davamlı inkişaf bərqərar oldu. Bu səfər bir daha onu göstərdi ki, beynəlxalq arenada, o cümlədən erməni məsələsində Düşənbə Azərbaycanın maraqlarını nəzərə alacaq dövlətlər siyahısında yer tutacaq”.

Ceyhun bəy əlavə edib ki, KTMT-də heç bir nüfuzu olmayan Ermənistan beləcə təklənməyə davam edəcək. Burada, xüsusilə nəzərə alınmalıdır ki, hazırda təşkilata üzv ölkələrin hərbçilərinin Qərbi Zəngəzur bölgəsində yerləşdirilməsi ilə bağlı tərəflər arasında müzakirələr getməkdədir.

Prezident İlham Əliyevin Düşənbəyə səfəri Tacikistana Türk Dövlətləri Təşkilatının da dostluq və əməkdaşlıq əlinin uzadılmasıdır. Dostluq, qardaşlıq və əməkdaşlığa dair məsələni Tacikistan lideri Emoməli Rəhmon da vurğulayıb: “Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub”.

Prezident İlham Əliyev də iki ölkə arasında xoşməramlı münasibətlərdən bəhs edərək hər iki ölkə xalqlarının əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq etdiklərini vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil”. Dövlət başçısı Ömər Eldarovun Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaratdığını qeyd edərək deyib: “Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər”.

Ceyhun bəy qeyd edir ki, dövlət başçısı Tacikistana səfəri həm də Mərkəzi Asiyada qarşılıqlı əməkdaşlıq və dostluğun inkişaf etməsinə də töhfə verəcək. Pozuculuq fəaliyyəti səbəbindən Ermənistan Cənubi Qafqazda reallaşan bir çox layihələrdən kənarda qalıb. Azərbaycan Prezidenti Tacikistana səfəri ilə əməkdaşlığın və qarşılıqlı dialoqun region üçün daha faydalı olduğunu da nümayiş etdirib. Tacikistan səfəri onu da göstərdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın Ermənistandan daha çox tərəfdarı var. Bu, dostlara və düşmənlərə sübut etdi ki, İran rejiminin özü üçün “arxa dayaq” saydığı Tacikistan daha çox Azərbaycanla əməkdaşlığa və əlaqələr üstünlük verir. Çünki Emoməli Rəhmonun dediyi kimi rəsmi Bakı Düşənbənin suya və iqlimə dair irəli sürdüyü qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycan regional və bölgələrarası əməkdaşlığa üstünlük verir. Səfər əməkdaşlıq, dialoq, qarşılıqlı anlaşma münaqişə və müharibədən daha faydalı olduğunu təsdiqləyib. Bunu Azərbaycan çoxdan isbatlayıb. Tacikistan səfərinin də əsas ismarışı əməkdaşlıq, tərəfdaşlıq, mədəni əlaqələrin genişlənməsi idi.

Beləliklə, Azərbaycan lideri Mərkəzi Asiyanın fars və türk sivilizasiyalarını özündə birləşdirən Tacikistanda məhsuldar görüşlər keçirərək Düşənbəni böyük Turan coğrafiyası ilə bağlayaraq bu xətdə də məqsədlərinə çatmış oldu.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…

Aprel döyüşləri – Qələbəyə gedən yolun təməli – ŞƏRH

01 Aprel 2023
7 dəqiqə oxuma
Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi…