reading time
4 dəqiqə oxunma müddəti
355 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Hərbi çevriliş cəhdi – Paşinyan xəyanətinin məntiqi sonluğu

26 Fevral 2021

“Ermənistan kataklizmlərin və siyasi böhranın məngənəsindədir” desək, məncə, yanılmarıq. Ölkədə hərbi qiyam ab-havası hökm sürür. Belə bir vaxtda Ermənistan baş naziri hökumət binasının qarşısında tərəfdarlarının qarşısına çıxır. Nikol Paşinyan öz liderlik yoluna başladığı İrəvan küçələrinə xalqı yenidən çıxmağa səsləyir.

Paşinyanın sonu?

Bir çox analitiklər bu çevriliş cəhdini Paşinyan hakimiyyətinin sonu kimi dəyərləndirir. Bəziləri isə Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketlərini yararsız adlandırmasını siyasi savadsızlığının bariz nümunəsi kimi görür. Bildirirlər ki, məhz bu özünün də dərk eləmədiyi açıqlaması ilə Rusiya hərbi sənayesini və hərbi gəlirlərini sual altına qoymuşdur. Hətta Bundan sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini belə Paşinyanı sərt tənqid etmiş və onun fikirlərinin absurd olduğunu bəyan etmişdir. Paşinyan isə cavab olaraq onu tutduğu vəzifəsindən azad etmiş, bununla da görünür, ordudakı elitanın səbr kasasını daşırtmışdır. Təsadüfi deyil ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahı demək olar ki, yekdilliklə hökumətin istefasını tələb etmişdir.

Paşinyanın “xəyanət” incəsənəti

Heç kimə sirr deyil ki, Ermənistanın hərbi strukturlarının sükanı arxasında ruslar dayanır. Paşinyanın xarici siyasət kursu isə birmənalı olaraq “xəyanət” yolu üzərində bina olunub. Belə ki, hakimiyyətə Qərbin köməkliyi ilə gələn Paşinyanın Qarabağ savaşı başlayarkən atdığı ilk addım öz həqiqi himayədarlarına xəyanət edərək Rusiyanın kölgəsinə sığınması olmuşdur. Lakin son müsahibəsində Rusiyanın imicinə sağalmaz yara vurmaqla o, Rusiyaya da xəyanət etdi və Qərbin diqtəsi ilə oturub-durduğunu nümayişkəranə şəkildə keçmiş ağasına başa salaraq növbəti xəyanətinə start vermiş oldu. Təbii ki, Rusiya bu xəyanəti ona bağışlayası deyil və lazımi addımları artıq atmaqdadır. Və bu da ilk növbədə Rus təsiri altında olan Ermənistan hərb maşınından istifadə etməklə baş verməkdədir. Artıq İrəvan səmasında Rusiyaya məxsus SU-30 təyyarəsinin uçduğu da müşahidə olunub. Bu hadisə isə Ermənistan suverenliyinə təhdid kimi də qiymətləndirilə bilər. Rusiyanın onu Qərblə əvəzləmiş keçmiş postsovet dövlətlərinin başlarına gətirdiyi oyunlar təbii ki, bütün dünyanın gözləri qarşısında baş verib. Rusiya hər hansı bir qonşu dövlətin torpaq bütövlüyünün toxunulmazlığını nəzərə almadan öz ordu hissələrini bu “xəyanətkar” qonşuların ərazilərinə yeritməkdən heç vaxt çəkinməyib.

Rusiyanın kölgəsi meydanlarda…

Ermənistan məsələsində isə Rusiya üçün, deyərdim ki, daha rahat abu-hava mövcuddur. Belə ki, Rusiya ordusu faktiki olaraq bu ölkənin ərazisindədir və elə həmin dövlətin sərhədlərini də məhz onun ordusu və xüsusi xidmət orqanları qorumaqdadır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi rus ssenarisinin tərkib hissəsinə bənzəyir və ola bilsin ki, bu proses Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olsun. Nəzərə alsaq ki, erməni cəmiyyətini Paşinyan hakimiyyətinə qədər hərbi xunta idarə edib və artıq “Rusiyanın adamı” kimi tanınan Robert Koçaryan da açıq siyasi mübarizəyə qatılıb, hakimiyyət çevrilişinin olması ehtimalları heç də mümkünsüz görünmür. Bütün bu hadisələr fonunda biz də öz növbəmizdə bütün neqativ ssenarilərə hazır olmalıyıq. Ən başlıcası isə düşmən dövlətin xaotik vəziyyətə düşməsindən və anti-Rusiya siyasətindən səmərəli istifadə edərək Ağdərə və Xocalı məsələsini də birdəfəlik həll etməyə çalışmalıyıq.

 

Müəllif: Beynəlxalq münasibətlər üzrə ekspert Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…